Rusiyanın Zabaykalsk diyarında ana Ukrayna ilə müharibədə həlak olan oğlunun məzarı başında ölüb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Zabaykalsk diyarının Baley şəhərində onun anası Olqa Şaripovanın meyiti qəbiristanlıqda Rusiya-Ukrayna müharibəsində həlak olmuş 23 yaşlı Maksim Şaripovun məzarının yanında tapılıb.
"Çita.Ru"ya Şarıpovlar ailəsinə yaxın bir şəxs bildirib ki, oğlan "hərbi xidmətini başa vurduqdan sonra müqavilə imzalayıb, yaralı qayıdıb və daha bir müqavilə imzalayıb". İyunda Maksim Şarıpov öldürülüb. "Anası çox narahat idi, tez-tez qəbiristanlığa gedirdi. Oğlunun ölümündən 40 gün keçəndən bir müddət sonra qəbiristanlıqda dünyasını dəyişib - cəsədini qəbir qazan briqada tapıb", - deyə mənbə nəşrə bildirib.
Hərbi Komissarlıqdan bildirilib ki, Maksim Şaripov Ukrayna ilə müharibədə tank batalyonunun baş mexaniki-maşinisti kimi iştirak edib və iyunun 23-də Donetsk vilayətinin Otradnoye kəndi yaxınlığında həlak olub.
“Baykal insanları” nəşrinin məlumatına görə, Olqa Şaripovanın iki azyaşlı oğlu qalıb.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















