Icma.az
close
up
RU
RusiyaUkrayna münaqişəsinin obyektiv həlli üçün sülh platformasına Türk Dünyası ev sahibliyi etməlidir

RusiyaUkrayna münaqişəsinin obyektiv həlli üçün sülh platformasına Türk Dünyası ev sahibliyi etməlidir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayib Ərdoğanla Rusiya Federasiyasının rəhbəri Vladimir Putin arasında telefon danışığı olub. Prezidentlər Türkiyə-Rusiya münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Telefon söhbətində Türkiyə və Rusiya arasında ticarət həcminin genişləndirilməsi başda olmaqla, bir çox sahədə əməkdaşlığın artırılması ilə bağlı məsələlər də gündəmə gətirilib.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna-Rusiya münaqişəsinin həllində tamamilə neytral ölkələrdən ibarət masa yaradılmalıdır. Professorun fikrincə, həm ABŞ-ın, həm də Çinin bu masada olması uyğun deyil. Çünki ABŞ Ukraynanın, Çin də Rusiyanın tərəfindədir və İngiltərə Ukraynanın yanında dayandığı üçün masada olması uyğun deyil.

Kərəm Qarabulud

Kərəm Qarabulud qeyd edib ki, bu masaya sədrlik etməli olan ölkə Türkiyədir. Çünki Türkiyə müharibə dövründə neytrallıq siyasəti yürüdüb.

“Türkiyənin sədrlik etdiyi bu masada, mövcudluğu önəm daşıyan və ehtiyac duyulan ən mühüm ölkələrdən biri də Azərbaycandır. Əslində sülhü təmin edən komissiyanın tamamilə Türk Dünyası ölkələrindən ibarət olması ən uyğun həll yolu olardı. Çünki Türk Dünyası ölkələri bir tərəfdən bitərəf qalır, digər tərəfdən Rusiya və Ukraynanı ən yaxşı tanıyan ölkələrdir. Türkiyə NATO üzvü olan ölkədir və həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malikdir”-deyə professor bildirib.

Kərəm Qarabuludun fikrincə, sülh platforması Türk Dünyasına əmanət edilərsə, mövcud siyasi və hərbi münaqişələrin növbəti mərhələsi üçün ən uyğun həllinin tapılmasına bütün dünya şahidlik edə bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see252

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see223

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see213

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see210

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see206

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see155

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see154

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see153

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see146

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see143

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see134

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see134

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see131

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see131

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see130

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri