Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
Icma.az bildirir, Axar.az portalına istinadən.
Şimali Koreya qoşunları cəbhənin müəyyən hissələrində, ehtimal ki, Ukraynanın şimalındakı Sum vilayətində Rusiya bölmələrini əvəz edə bilər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu, Rusiyaya öz qüvvələrini Liman taktiki bölgəsinə köçürməyə imkan verər:
“Cəbhənin ayrı-ayrı hissələrində Rusiya hərbçilərini Şimali Koreya bölmələri əvəz edə bilər. Şimali Koreya zabitləri artıq dövlət sərhədində fəaliyyət göstərib, burada döyüş təcrübəsi əldə edib və kəşfiyyat fəaliyyəti həyata keçiriblər. Vacib məqam odur ki, Şimali Koreya əsgərləri artıq uzun müddətdir Rusiyanın Kursk vilayətindəki arxa cəbhəsində yerləşirlər. Onlar hazırda Sum və ya Xarkov istiqamətlərində fəaliyyət göstərən Rusiya bölmələrini əvəz edə bilərlər. Bu, onların Ukrayna ərazisinə daxil olmasına səbəb ola bilər. Hələlik Şimali Koreya hərbçilərinin Ukrayna ərazisində olduğuna dair heç bir əlamət qeydə almayıb. Belə bir yerləşdirmə baş verərsə, bu, Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakının daha da genişlənməsi demək olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 17 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















