Icma.az
close
up
RU
Rusiyaya getmək istəyənlərin nəzərinə! Viza rejiminə bənzər prosedurlar tətbiq olunacaq

Rusiyaya getmək istəyənlərin nəzərinə! Viza rejiminə bənzər prosedurlar tətbiq olunacaq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Son illərdə Rusiyada qanunsuz miqrasiya ilə mübarizə sahəsində mühüm və sərt qərarların qəbul olunduğunun şahidiyik. Qanunvericilikdə edilən dəyişikliklər daha çox miqrasiya sisteminin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi məqsədi daşıyır".

Bu barədə Redaktor.az-a açıqlamasında "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, deputat Azər Allahverənov Rusiyaya giriş üçün tətbiq olunan QR kod sistemindən danışarkən dedi.

"Qeyd edək ki, artıq 2024-cü ilin dekabrından etibarən Rusiyanın bəzi beynəlxalq hava limanlarında foto çəkiliş və digər yeni nəzarət mexanizmləri tətbiq olunmağa başlanılıb. Bu da eksperiment kimi başlayıb, sonradan geniş miqyasda tətbiq edilməyə başlanılıb. İkinci mərhələ isə məhz bu 72 saat öncədən məlumatlandırma sisteminin tətbiqidir. Gələcəkdə isə üçüncü mərhələdə bu mexanizmlərin uzunmüddətli tətbiqi nəzərdə tutula bilər", - deyə o bildirdi.

Millət vəkilinin sözlərinə görə, Rusiyada son iki il ərzində miqrantların sayında kəskin azalma müşahidə olunur:

"Rəsmi məlumatlarda da bu azalma öz əksini tapır. Bunun fonunda Rusiya parlamentindəki fraksiyalar, siyasi partiya və seçki mərkəzlərinin nümayəndələri miqrasiya ilə bağlı yeni təkliflərlə çıxış edirlər. Onlardan biri də ölkəyə daxil olmaq istəyən şəxslərin səfərdən əvvəl təqdim etməli olduğu, 10 günə qədər qüvvədə olan tibbi arayışdır. Bu arayışda şəxsin QİÇS və digər infeksion xəstəliklərin daşıyıcısı olmaması təsdiqlənməlidir. Əgər bu təklif də qüvvəyə minərsə, demək olar ki, viza rejiminə bənzər prosedurlar tətbiq olunacaq".

Ekspertin fikrincə, bu qaydaların tətbiqi vizasız səfər edən əcnəbilərin Rusiyaya giriş sayının azalmasına səbəb ola bilər. 

"Azərbaycan və Rusiya arasında miqrasiya mübadiləsi kifayət qədər yüksəkdir. Belə tənzimləmələr bu mübadilənin həcminin azalmasına gətirib çıxara bilər.
Nəticə etibarilə, bu tədbirlər Rusiya hökumətinin qanunsuz miqrasiya ilə mübarizədə daha effektiv və sərt siyasət yürütmək istədiyini göstərir. Hərçənd bu siyasət ölkənin əmək bazarında müəyyən boşluqlar yarada bilər, xüsusilə miqrantların əsas qüvvə təşkil etdiyi sahələrdə. Rusiya hökuməti bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir və gələcəkdə bu siyasətin daha da sərtləşəcəyinin şahidi ola bilərik",- deyə Azər Allahverənov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri