Rusiyaya indiyə kimi nə qədər sanksiya tətbiq edildiyi açıqlanıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiyaya qarşı 28 595 sanksiya tətbiq edilib ki, bu da bütün digər ölkələrə qarşı tətbiq edilən sanksiyalardan dəfələrlə çoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı “jest” edilsə və sanksiyalar yumşaldılsa belə, Rusiyaya “təzyiq göstərməyin” başqa yolu tapılacaq: "Heç nə əvvəlki kimi olmayacaq".
Putin qeyd edib ki, yerli sahibkarlar sanksiyalar altında işləməyi öyrənib və onlara uyğunlaşan məhdudiyyətlər iqtisadiyyatda müsbət dəyişikliklərin katalizatoru olub.
Putin hesab edir ki, sanksiyalar müvəqqəti və ya məqsədyönlü tədbirlər deyil, Rusiyaya sistemli təzyiq mexanizmidir.
O, biznesi Rusiyaya qarşı sanksiyaları müvəqqəti tədbirlər kimi qəbul etməməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Mart 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















