Icma.az
close
up
RU
Rusiyaya iş üçün gedənlərin nəzərinə

Rusiyaya iş üçün gedənlərin nəzərinə

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sentyabrın 1-dən Rusiyada qeydiyyat, miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı əlavə dövlət rüsumları tətbiq edilib. Bu dəyişikliklər azərbaycanlı miqrantlara necə təsir edəcək?

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, bu gündən Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq və daha sonra orada yaşamaq istəyən miqrantlar üçün müəyyən olunmuş dövlət rüsumlarının yeni məbləğləri 6000–8000 rubl civarında dəyişir. Yəni icazənin növündən asılı olaraq məbləğ təxminən iki dəfə artıb.

Millət vəkili qeyd edib ki, bugünədək qüvvədə olan məbləğlərlə müqayisədə bu, təbii ki, miqrantlar üçün əlavə xərclərə səbəb olacaq. Xüsusilə də bu, əmək fəaliyyəti ilə məşğul olmaq üçün alınan əmək patentlərinə şamil olunur:

“Burada bir məqam da var ki, Avrasiya İqtisadi İttifaqının üzvləri üçün bu qaydalar tətbiq edilmir. Məsələn, Belarus, Ermənistan, Qırğızıstan və digər üzv ölkələrdən gələnlərə aid deyil. Amma Azərbaycandan və digər üzv olmayan dövlətlərdən olan miqrantlara bu qaydalar tam şəkildə şamil olunur. İstənilən halda bu, əlavə məsrəf deməkdir və nəzərə alsaq ki, gəlirləri azalan miqrantlar üçün bu, müəyyən mənada hiss olunan bir məbləğdir. Digər tərəfdən, artıq Rusiyada uzun müddət əmək fəaliyyəti ilə məşğul olan miqrantlar üçün bu artım o qədər də kritik hesab olunmaya bilər. Çünki onlar mövcud imkanları nəzərə alaraq bu xərci məcburiyyət qarşısında müsbət dəyərləndirməli olur”.

A.Allahverənov bundan sonra Rusiyaya yeni getmək istəyənlər üçün məsələnin bir qədər fərqli olduğunu vurğulayıb:

“Çünki sentyabrın 1-dən yalnız rüsumların artırılması deyil, eyni zamanda miqrasiya sahəsində bir sıra yeni qaydalar da qüvvəyə minib. Bu da müxtəlif istiqamətlərdə əlavə öhdəliklər yaradır. Təbii ki, bütün bunlar miqrantların qərarlarına müəyyən mənada təsir edə bilər”.

Millət vəkilinin sözlərinə görə, Rusiyada rüsumların artması miqrantların geriyə dönməsinə səbəb olacaq amil deyil:

“Lakin miqrasiya qanunvericiliyində tətbiq edilən yeni prosedurlar, əlavə qaydalar və məhdudiyyətlər miqrantlar üçün narahatlıq yarada və müəyyən hallarda geri qayıtma qərarına təsir göstərə bilər. Amma bu kütləvi axına səbəb olacaq hal deyil. Kütləvi axın, adətən, hansısa ölkədən gələn miqrantların əmək fəaliyyətini ümumilikdə mümkünsüz edən ciddi inzibati məhdudiyyətlər tətbiq ediləndə baş verir. Hazırda isə Rusiyanın bəzi federativ subyektlərində müəyyən yeniliklər tətbiq edilsə də, bunlar ümumrusiya səviyyəsində deyil və kütləvi miqrant axınına səbəb olacaq gücdə hesab edilmir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri