Rusiyaya kütləvi dron hücumu: Leninqradda...
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avqustun 4-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Leninqrad vilayətinə kütləvi hücum edib. Hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti nəticəsində dronların əksəriyyəti məhv edilsə də, hücum zamanı mülki infrastruktura ziyan dəyib, bir nəfər isə xəsarət alıb.
Demokrat.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bölgədə pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı xəbərdarlıq təxminən iki saat yarım qüvvədə olub.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun verdiyi məlumata görə, vilayətin hava məkanında ümumilikdə 17 pilotsuz uçuş aparatı vurularaq zərərsizləşdirilib.
Hücumun əsas hədəflərindən biri Tosno rayonunun Krasnı Bor qəsəbəsi yaxınlığında yerləşən anbar kompleksi olub. PUA qalıqlarının əraziyə düşməsi nəticəsində anbarlarda zədələnmələr yaranıb. Dəymiş ziyanın həcmi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hücum zamanı bir mülki şəxs xəsarət alıb. Onun vəziyyəti ilə bağlı məlumatın dəqiqləşdirildiyi bildirilib.
Gecə saatlarında Rusiyanın digər vilayətləri də PUA hücumlarına məruz qalıb.
Məlumata görə, Voronej və Tula vilayətlərinin hər birində hava hücumundan müdafiə qüvvələri üç pilotsuz uçuş aparatını məhv edib.
Ən intensiv hücum isə Rostov vilayətində qeydə alınıb. Vilayətin qubernatoru Yuri Slyusarın sözlərinə görə, doqquz rayonda ümumilikdə 40-a yaxın pilotsuz uçuş aparatı vurulub. İlkin məlumata əsasən, vilayətdə dağıntı və ya xəsarət alan olmayıb.
Hazırda hücumların baş verdiyi ərazilərdə operativ xidmətlərin əməkdaşları fəaliyyət göstərir. Pilotsuz uçuş aparatlarının qalıqlarının səbəb olduğu ziyan və digər mümkün fəsadlar araşdırılır.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bölgədə pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı xəbərdarlıq təxminən iki saat yarım qüvvədə olub.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun verdiyi məlumata görə, vilayətin hava məkanında ümumilikdə 17 pilotsuz uçuş aparatı vurularaq zərərsizləşdirilib.
Hücumun əsas hədəflərindən biri Tosno rayonunun Krasnı Bor qəsəbəsi yaxınlığında yerləşən anbar kompleksi olub. PUA qalıqlarının əraziyə düşməsi nəticəsində anbarlarda zədələnmələr yaranıb. Dəymiş ziyanın həcmi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hücum zamanı bir mülki şəxs xəsarət alıb. Onun vəziyyəti ilə bağlı məlumatın dəqiqləşdirildiyi bildirilib.
Gecə saatlarında Rusiyanın digər vilayətləri də PUA hücumlarına məruz qalıb.
Məlumata görə, Voronej və Tula vilayətlərinin hər birində hava hücumundan müdafiə qüvvələri üç pilotsuz uçuş aparatını məhv edib.
Ən intensiv hücum isə Rostov vilayətində qeydə alınıb. Vilayətin qubernatoru Yuri Slyusarın sözlərinə görə, doqquz rayonda ümumilikdə 40-a yaxın pilotsuz uçuş aparatı vurulub. İlkin məlumata əsasən, vilayətdə dağıntı və ya xəsarət alan olmayıb.
Hazırda hücumların baş verdiyi ərazilərdə operativ xidmətlərin əməkdaşları fəaliyyət göstərir. Pilotsuz uçuş aparatlarının qalıqlarının səbəb olduğu ziyan və digər mümkün fəsadlar araşdırılır.
Jalə
Demokrat.az
Baxış sayı:76
Bu xəbər 04 Avqust 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















