Icma.az
close
up
RU
Rusiyaya qarşı 18 ci sanksiya paketi gəlir Avropa Trampın dəstəyini axtarır

Rusiyaya qarşı 18 ci sanksiya paketi gəlir Avropa Trampın dəstəyini axtarır

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 10-da Avropa Komissiyası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlı 18-ci sanksiyalar paketini açıqlayıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, yeni paketdə əsas hədəf Rusiya iqtisadiyyatının enerji və maliyyə sektorudur.

Yeni sanksiya layihəsində Rusiyadan alınan neftin qiymət tavanının 60 dollardan 45 dollara endirilməsi və fəaliyyətsiz olan “Şimal axını” qaz kəmərlərinə qarşı tədbirlərin görülməsi təklif olunur. Bundan başqa, Rusiya neft məhsullarının idxalına tam qadağa qoyulması nəzərdə tutulur.

Sanksiyalar paketində həmçinin daha 22 Rusiya bankının SWIFT sistemindən çıxarılması, “kölgə donanması”na daxil olan gəmilərin hədəf alınması və Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı məhdudiyyətlərin tətbiqi imkanları da yer alır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sanksiyaların G7 ölkələri ilə koordinasiyalı həyata keçirilməsinin vacibliyini vurğulayıb. Brüssel, Donald Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə ABŞ-la mövqeləri uzlaşdırmağa çalışır. Xüsusilə, qiymət tavanının 50 dollara endirilməsi üçün Vaşinqtonun razılığı tələb olunur. G7 sammitinin bu ayın ortalarında keçirilməsi planlaşdırılır.

“Şimal axını” kəmərinə qarşı sanksiyalar Almaniyanın təklifi ilə gündəmə gəlib. Məqsəd kəmərin gələcəkdə Berlinin razılığı olmadan istismara verilməsinin qarşısını almaqdır. Halbuki 2022-ci ilin əvvəllərinə qədər Almaniya bu layihəni dəstəkləyirdi.

Yeni paket bütün Aİ üzv dövlətlərinin yekdil dəstəyini tələb edir. Slovakiya və Macarıstan nümayəndələri əlavə sanksiyalara qarşı çıxacaqlarını istisna etməyiblər. Buna baxmayaraq, Avropa Komissiyası iyulun sonunadək paketə təsdiq almağa ümid edir.

Ukrayna son günlər Qərbi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırır və bunu Moskvanı sülhə məcbur etməyin yeganə yolu hesab edir. Bununla belə, 18-ci paket ABŞ Senatında müzakirədə olan və Rusiyanın tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutan qanun layihəsi qədər sərt tədbirlər ehtiva etmir. Sözügedən layihə hələlik Donald Trampın dəstəyini almayıb və onun gələcəyi qeyri-müəyyəndir.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see220

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see218

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see215

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see193

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see143

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see140

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see131

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see127

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see125

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see122

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see121

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri