Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Rusiyaya qarşı iqtisadi müharibə gücləndirilir

Rusiyaya qarşı iqtisadi müharibə gücləndirilir

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İkinci sanksiya mərhələsinə start verilir  - Tramp anonsunu verdi...

Müasir dövrdə ən kritik konfrantasiyaların qarşısının alınmasında istifadə olunan ən effektiv alətlərdən biri də iqtisadi məhrumetmələr, başqa sözlə, sanksiyalardır. XX əsrdə bu məcburetmə metodu daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunurdusa, XXI əsrdə xüsusilə böyük güclər arasında münasibətlərin əsas təyinedici faktorlarından birinə çevrilib. Rusiya ilə Qərb arasında da son on ildə müşahidə olunan gərginlik fonunda bu məcburetmə aləti özünün bütün kriteriyaları ilə müşahidə olunmaqdadır. 2014-cü ildən əsası qoyulan konfrantasiyanın 2022-ci ildə alovlanaraq müharibə statusu qazanmasının ardından ABŞ və Avropa İttifaqı ardıcıl şəkildə Moskvanı cəzalandırmaq üçün müxtəlif iqtisadi məhdudiyyətlər tətbiq etməkdədir. Vurğulanmalıdır ki, bu sanksiyalar indiyədək gözlənilən effekti tam verə bilməyib - Rusiya özünün iqtisadiyyatında ciddi çətinliklərə baxmayaraq, hələ də siyasi mövqelərindən geri çəkilmir və öz iddialarını sərt şəkildə müdafiə etməkdədir, sülhdən yayınmaqdadır.

Vaşinqtondan bəyanat: “yeni mərhələ”...

2025-ci ilin yanvarından, yəni Donald Trampın prezident kimi səlahiyyətlərinin icrasına başladığı dövrdən etibarən Rusiya ilə Ukrayna arasında sülhün yaranacağına ümid güclənmişdi. Trampın ilk günlərdəncə Rusiya ilə dialoq qurmaq və qarşıdurmanı yumşaltmaq cəhdləri müşahidə olunsa da, Moskvanın inadkar siyasəti və kompromisə meyil göstərməməsi nəticəsində bu planlar reallaşmadı. Xüsusilə Alyaska görüşündən sonra münaqişənin yumşaldılması istiqamətində müəyyən optimizm formalaşsa da, Kreml gözlənildiyi kimi üçtərəfli və ya ikitərəfli formatlarda real sülh danışıqlarından yayınır. Bu vəziyyət isə Qərbi, xüsusilə, ABŞ-ı daha sərt tədbirlərə əl atmağa məcbur edə bilər. Belə ki, ABŞ prezidenti sentyabrın 7-də Ağ Evdə keçirdiyi brifinqdə Rusiyaya qarşı yeni və daha sərt iqtisadi təzyiqlərə hazır olduğunu bəyan edib. Dövlət başçısı vurğulayıb ki, mövcud sanksiyaların təsiri genişləndirilməli və “ikinci mərhələ” adlandırılan yeni paket tətbiq edilməlidir.

Bu, Rusiya iqtisadiyyatını tamamilə çökdürə bilər

Qeyd edək ki, ABŞ-ın yeni sanksiyalara əl atması ilə bağlı artıq müəyyən bir fikir vardı. Belə ki, yayılan məlumata görə, ABŞ Konqresində “Sanctioning Russia Act of 2025” adlı qanun layihəsi müzakirə olunur. Senat üzvü Lindsey Graham tərəfindən təqdim olunan bu sənəd prezidentə Rusiyanın enerji ixracına qarşı əlavə tədbirlər görmək səlahiyyəti verir. Layihədə hətta Rusiya nefti və qazı ilə ticarət edən ölkələrə qarşı 500 faizədək sekundar tariflərin tətbiqi nəzərdə tutulur. Tramp administrasiyası son aylarda bu siyasəti praktikada da yoxlayıb. Belə ki, Hindistandan Rusiyadan aldığı neftə görə 25 faizlik tarif tutulub. Eyni zamanda, digər alıcı ölkələrə qarşı da əlavə tariflərin tətbiqi gündəmdədir. ABŞ maliyyə naziri Skott Bessent açıq şəkildə bildirib ki, məqsəd “Rusiyanın iqtisadiyyatını tamamilə çökdürmək və Putini danışıqlar masasına gətirməkdir”.

Bessent deyib ki, ABŞ Rusiyaya qarşı təzyiqi gücləndirməyə hazırdır, lakin Avropanın dəstəyinə ümid edir. Maliyyə naziri “NBC News”a müsahibəsində bildirib ki, “Rus neftini alan ölkələrə qarşı yeni sanksiyalar və rüsumlar tətbiq olunarsa, bu, Rusiya iqtisadiyyatını tamamilə çökdürə bilər”.

Beləliklə, Ağ Evdə keçirilən son brifinqdə prezidentin “ikinci mərhələ” adlandırdığı yeni sanksiya paketi barədə anons da artıq Vaşinqtonun başqa seçim görmədiyini və hərəkətə keçmək üzrə olduğunu təsdiqləyir.

Tətbiq edilən məhdudiyyətlər...

Qeyd edək ki, Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müxtəlif mərhələlərdə formalaşıb və hər biri konkret siyasi hadisələrdən qaynaqlanıb. İlk ciddi məhdudiyyətlər 2014-cü ildə Krımın ilhaqı ilə əlaqədar olaraq gündəmə gəldi. Vaşinqton bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və Rusiyanın bir sıra yüksək rütbəli rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq etdi. Eyni zamanda, enerji, maliyyə və hərbi sənaye sektorları məhdudiyyətlər siyahısına salınıb.

Sonrakı mərhələlərdə Ukraynanın şərqində silahlı toqquşmalar, həmçinin MH17 sərnişin təyyarəsinin vurulması hadisəsi sanksiyaların sərtləşdirilməsinə səbəb olub. ABŞ Rusiya banklarının Qərb maliyyə bazarlarına çıxışını məhdudlaşdırıb, neft-qaz texnologiyalarına ixrac nəzarətini gücləndirib və strateji müəssisələrlə əməkdaşlığı qadağan edib.

2018-ci ildə “Skripal hadisəsi” də yeni sanksiyaların dalğasına yol açdı. ABŞ bu dəfə kimyəvi silahların istifadəsinə görə Rusiyaya qarşı qlobal məhdudiyyətlər tətbiq edib. Bu prosesə əlavə olaraq, kiberhücumlarda iştirakı bəhanəsi ilə Rusiya şirkətləri və şəxsləri də qara siyahıya salınıb.

Qeyd edək ki, ABŞ ayrıca sanksiyalar tətbiq etməsi ilə yanaşı, Aİ-nin Kremlə qarşı sanksiyalarına da qoşulub - sanksiya siyasəti koordinasiyalı şəkildə həyata keçirilir. Brüssel də Vaşinqtonla yanaşı Moskvanın enerji, maliyyə və texnologiya sektorlarını hədəf alan məhdudiyyətlər qəbul edib. Bu sanksiyalar əsasən Avropa ölkələrinin iqtisadi maraqları ilə balanslaşdırılmış formada hazırlanıb, çünki Avropa Rusiyanın enerji resurslarından ciddi asılılıq daşıyır. Buna baxmayaraq, Aİ və ABŞ Moskvanı beynəlxalq səviyyədə təcrid vəziyyətinə salmaq üçün vahid mövqedən çıxış edirlər.

Vaşinqtonun ayrıca tətbiq etdiyi sanksiyalar isə daha sərtdir - enerji sektorunda yeni investisiya layihələrinin qarşısını almağa, yüksək texnologiyaların Rusiyaya ixracını əngəlləməyə və Rusiyanın beynəlxalq maliyyə institutlarından kredit almasını bloklamağa yönəlib.

19-cu sanksiya paketi...

Qeyd edək ki, indiyə qədər Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq edilib. Bu yaxınlarda isə 19-cu paketin reallaşacağı da gözlənilir. Belə ki, Aİ nümayəndə heyətinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və bu sahədə ABŞ-la koordinasiyanın gücləndirilməsi məsələsini müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcəyi gözlənilir. “Bloomberg” agentliyinin mənbələrinə istinadən yayılan məlumata görə, Avropa İttifaqının 19-cu sanksiyalar paketi çərçivəsində Rusiyanın bank sektoruna, enerji şirkətlərinə, ödəniş sistemlərinə və kriptovalyuta birjalarına qarşı əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni paketə, həmçinin Rusiya neftini daşıyan tankerlərə və bu daşımaları həyata keçirən üçüncü ölkə şirkətlərinə qarşı sanksiyalar, o cümlədən sanksiya siyahısına düşən tankerlərin təkrar sığortalanmasına qadağalar daxildir.

Eyni zamanda, 19-cu sanksiya paketində Rusiya müdafiə-sənaye kompleksi üçün istifadə oluna biləcək məhsulların və xammalın ixracına əlavə qadağaların tətbiqi gözlənilir. Sanksiya, həmçinin viza məhdudiyyətlərini, Rusiya neftini daşıyan tankerlərlə işləyən limanlarla biznes əlaqələrinin qadağan olunmasını, eləcə də hərbi məqsədlərlə istifadə oluna biləcək süni intellekt texnologiyaları ilə bağlı xidmətlərə məhdudiyyətlərin tətbiqini də əhatə edəcək.

Demək ki, Trampın son açıqlamalarında diqqətçəkən “ikinci mərhələ” həm də daha sərt maddələri özündə ehtiva edən 19-cu sanksiya paketinin “anonsudur”. Çünki siyasi ekspertlər də Rusiyanın sülhəməcburetmə müstəvisində enerji sektorunu hədəfə alan sanksiyalara məruz qalmasını vacib sayır. Bu, Rusiya neftinin və qazının beynəlxalq bazarlarda satışını məhdudlaşdırmaq, həmçinin “Şimal axını” tipli layihələrə təzyiqi artırmaq formasında ola bilər. İkincisi, yüksək texnologiyalar və ikili təyinatlı məhsulların ixracına qadağaların gücləndirilməsi gündəmə gələ bilər. Üçüncü istiqamət isə Rusiya oliqarxlarına və onların xaricdəki aktivlərinə yönələcək. ABŞ bu yolla Kremlə yaxın maliyyə dairələrinə təzyiqi artırmağı hədəfləyir. Bundan başqa, “ikinci mərhələ” sanksiyaları Rusiyanın beynəlxalq ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdıra, SWIFT sistemindən tam çıxarılma variantını gündəmə gətirə bilər. Bu, Moskva üçün ən ağrılı addımlardan biri olardı.

Hərb yolu...

Bu sanksiyaların effektivliyi məsələsi də mühüm aktuallıq daşıyır - əvvəlki məhdudiyyətlər müəyyən təsir effekti versə də. Kreml özünün siyasi kursundan geri çəkilmir. Analitiklərin əksəriyyəti hesab edir ki, Qərb ümumilikdə Rusiyanı sülhə məcbur edə bilməsə də, hərbi yola əl atmaqda maraqlı deyil. Çünki bu, qlobal miqyasda böyük müharibə riskini artırır. Bunun əvəzinə, Vaşinqton iqtisadi təzyiqi artırmaq, Ukraynaya hərbi yardım göstərmək və diplomatik kanalları aktiv saxlamaq strategiyasını davam etdirir.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri