Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Rusiyaya səfər niyə ləğv edildi? KONKRET

Rusiyaya səfər niyə ləğv edildi? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Bizim gözləntimiz Rusiya Prezidentinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasıdır”.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair dekabrın 26-da keçirilən mətbuat konfransında dediyi bu sözlərlə əslində, Prezident İlham Əliyevin Rusiyaya səfərinin niyə ləğv edildiyini açıqlayıb.

Buna qədər siyasi şərhçilər bir sıra ehtimalllar səsləndirmişdi və mahiyyətdə AZAL təyyarəsinə dair rəsmi Bakının tələblərinin yerinə yetirilməməsi fərziyyələr arasında ilk sıranı tutmuşdu.

Ceyhun Bayramov birbaşa da olmasa, bu təxminin dübbədüz olduğunu dolayısı ilə dilə gətirdi.

O bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib. Məktubda cinayət işinə xitam verilməsi məlumatı bölüşülüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub:

“Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır. Güman edirəm ki, bu məsələyə də aydınlıq gətiriləcək”.

Nazirin haqlı iradına əlavə olaraq qeyd ediməlidir ki, AZAL təyyarəsi ilə bağlı faciədən bir neçə gün sonra, daha doğrusu, 29 dekabr 2024-ci ildə baş prokuror Kamran Əliyev və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin arasında telefon danışığı olub. Telefon danışığı zamanı AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə edilib. Söhbət zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.

XİN-də keçirilmiş mətbuat konfransından bir gün əvvəl, dekabrın 25-də isə Rusiya XİN Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin faciəni həll edə biləcəyini gözlədiyi bəyan olunmuşdu.

Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib: “Biz Qazaxıstan komissiyasının təhqiqatını tezliklə başa çatdıracağını gözləyirik və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlı qalan bütün məsələləri həll edəcəyik. Buna heç kimin şübhəsi olmamalıdır”.

Diplomat qeyd edib ki, “Rusiya tərəfi bu qurumla sıx əməkdaşlıq edir, ona hər cür lazımi yardım göstərir və Rusiya aviasiya hakimiyyətləri qazaxıstanlı həmkarlarından daxil olan bütün suallara cavab veriblər”.

“Biz bu ilin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya və Azərbaycan liderləri arasında əldə olunmuş bütün razılaşmaları tam şəkildə yerinə yetirməyə sadiqik”, – Zaxarova vurğulayıb.

Elə həmin gün Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190 4K-AZ65” təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı aralıq bəyanat yayıb.

Hadisəni araşdıran komissiya aviasiya qəzasının səbəblərini və qəzaya zəmin verən amilləri müəyyən etmək üçün işlərini davam etdirir:

“Hesabat hazırlanarkən Komissiya ekipaj, hava hərəkəti dispetçerləri və operator qaydaları, uçuşa hazırlıq və icra sənədləri, meteoroloji məlumatlar və texniki xidmət qeydləri daxil olmaqla faktiki məlumatları toplamış və təhlil etmişdi. Uçuş jurnalının və uçuşla bağlı digər sənədlərin surətləri əldə edilib.

Uçuş qeyd cihazları ilə də iş aparılıb, uçuş parametrləri uçuş məlumatları qeyd cihazından (FDR) çıxarılıb. Bundan əlavə, komissiya qəza yerini ətraflı yoxlayaraq təyyarənin struktur komponentlərinin məkan mövqeyini qeydə alıb. Foto və video çəkilişlər aparılıb, təyyarə komponentləri toplanaraq qəza yerindən çıxarılıb.

Müəyyən edilmiş xarici metal əşyaların (xarici əşyalar) hərtərəfli (traseoloji, ballistik, partlayıcı və yanğın) müayinəsi aparılıb. Müayinə zamanı partlayıcı maddələrin izləri aşkar edilməyib. Müayinə üçün təqdim edilən üç oksigen balonunda partlayış əlamətləri müşahidə edilməyib. Təyyarəyə dəyən ziyanın döyüş başlığı parçalarından qaynaqlandığı ehtimal olunur, lakin onların mənşəyi müəyyən edilə bilməyib. 2 nömrəli hidravlik sistem borusunun bir hissəsinin iz müayinəsi zamanı boruda zədələnmə aşkar edilmişdir. Zərər bərk cisimlər arasında təmas nəticəsində metalın yırtılmasından qaynaqlanır. Dəmir əsaslı metal ərintisindən (polad) hazırlanmış metal parçaları (xarici cisimlər) nəticəsində zədələnmə baş verə bilər.

Komissiya Rusiya və Azərbaycanın aviasiya hakimiyyəti orqanları, eləcə də “Azərbaycan Hava Yolları” tərəfindən risk qiymətləndirmə prosedurlarının təşkili və tətbiqi ilə bağlı təqdim edilmiş sənədləri təhlil edir. Bu işdə həmçinin uçuş təhlükəsizliyinin təmin edilməsində mülki və hərbi sektorlar arasında qarşılıqlı əlaqə məsələləri də müzakirə olunur.

Buna görə də, İstintaq Komissiyası hazırda Mərkəzi Təmir Kompüterinin (CMC) məlumat jurnalının təhlilinin tamamlanmasını, eləcə də Münaqişə Zonaları üzərində və ya yaxınlığında uçuşlar üçün risk qiymətləndirmələrinin təhlili üzrə İşçi Qrupun hesabatının hazırlanmasını gözləyir. İstintaq Komissiyası balanslı yanaşma tətbiq edir və bütün nəticələr obyektiv olacaq və yalnız faktlara əsaslanacaq. Qəzanın araşdırılması ilə bağlı yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin saytında dərc olunacaq”.

Xronoloji olaraq daha əvvələ nəzər yetirdikdə dekabrın 27-də Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının bu gün Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi sammitinə qoşulmamasına Kremlin reaksiyası qarşıya çıxır. Mətbuat katibi Dmitri Peskov bu qərarın “anlayışla qarsalandığını” qeyd edib:

“Ümumiyyətlə, bu qərar gözlənilməz deyildi. Bütün dövlət başçılarının dekabr ayında, Yeni il ərəfəsində, həqiqətən də, çox sıx iş qrafikləri var. Bu, Azərbaycanın MDB-nin bütün formatlarda iştirakına, əlbəttə, hər hansı xələl gətirmir”.

Xatırladaq ki, Prezident Administrasiyasından verilən məlumata əsasən, İlham Əliyev MDB-nin sözügedən sammitində iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcəyinin səbəbi bildirilmişdi – “Dövlət başçısının iş qrafikinin sıxlığı”.

Məlumatda qeyd olunmuşdu ki, “Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir”.

Bu, əslində, eyni halın ikinci dəfə təkrarlanması idi. Azərbaycan lideri öz dəyişməz mövqeyini bir neçə dəfə sərgiləmişdi. Bunların ilki İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmaması idi.

Daha sonra Prezident Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində Azərbaycanın AZAL təyyarəsinin vurulmasına dair tələblərini sərt şəkildə bildirmişdi.

“Biz o, emosional səhifəni çevirdik” – bunu Vladimir Putin Tacikistan paytaxtında demişdi.ə

AZAL təyyarəsi ilə bağlı məsələ oktyabrın 9-10-da Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında da gündəmə gəlmişdi.

Prezident İlham Əliyevlə təkbətək söhbət zamanı Rusiya Prezidenti Vladimir Putin bildirmişdi:

“İstintaq hazırda yekunlaşır. Ümumilikdə hər şey aydındır, yalnız bəzi əlavə detallar və incə məqamlar var ki, mütəxəssislər onları müvafiq qaydada sənədləşdirməlidir”.

Putin Rusiya səmasında baş vermiş faciəyə görə üzr istəməsini xatırladıb və həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib. O, kompensasiyanın ödənəcəyi vədini də verib.

Göründüyü kimi, Düşənbədə verilmiş vədlər – həm də ən ali səviyyədə – sözlərdən əvvəl yerinə yetirilməmiş qalır. Yəni, Putinin dediyi kimi deyil, səhifə çevrilməyib!

Xatırlatma: 2024-cü il dekabrın 25-də Bakıdan Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıya hərəkət edən Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarə qəzaya uğramazdan öncə Qroznı hava limanına təcili eniş etmək istəsə də, yerə enə bilməyib. Faciə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin baxış zamanı təyyarənin gövdəsində çoxsaylı deşiklər və ciddi zədələr aşkar edilib. Bu fakt hadisənin sırf texniki nasazlıqdan qaynaqlanmadığı ehtimalını gücləndirib. Qəza ilə bağlı həm Azərbaycanda, həm də Qazaxıstanda cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Dekabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri