Icma.az
close
up
RU
Ruslar daha iki kəndi işğal edib AzPolitika onlayn siyasiictimai qəzet

Ruslar daha iki kəndi işğal edib AzPolitika onlayn siyasiictimai qəzet

Rusiya işğalçı qüvvələri Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə təzyiq göstərməkdə və irəliləməkdə davam edir.

“AzPolitika” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinə yaxın “DeepState” portalının məlumatına görə, Rusiya Donetsk vilayətində iki yaşayış məntəqəsini - Katerinivka və Yuryevkanı işğal edib.

“DeepState”-in məlumatına görə, ruslar daha 9 yaşayış məntəqəsi yaxınlığında da irəliləyib: "Düşmən Katerinivka və Yuryevkanı işğal edib, həmçinin Novomlinsk, Stelmaxovka, Bolşaya Novoselka, Jeltoy, Zarya, Novodmitrovka, Voznesenka, İlyinka və Kuraxovo yaxınlığında irəliləyib". ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) isə bildirir ki, bəzi ukraynalı hərbi müşahidəçilərin fikrincə, ruslar Uqledarın şimal-şərqində Katerinivka, Yelizavetovka, İlyinka və ehtimal ki, Romanovkanı ələ keçiriblər.

Geolokasiya görüntüləri də göstərir ki, Rusiya qüvvələri bu yaxınlarda Uqledarın şimalında, Trudovskoye kəndinin mərkəzi hissəsinə doğru irəliləyib. ISW Rusiya qoşunlarının Bolşaya Novoselka yaxınlığında irəlilədiyini də təsdiqləyib.

“AzPoitika.info”

seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri