Ruslar Kinburnda tələyə düşdülər Nosikov açıqladı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiya hərbçiləri Kinburn burnunda Ukrayna qüvvələrinin daimi atəşi altında qalırlar. Bundan əlavə, düşmən təchizatla bağlı ciddi problemlər yaşayır.
Axar.az xəbər verir ki, bunu “Odessa” operativ-taktiki qrupunun komandiri Denis Nosikov deyib.
Nosikovun sözlərinə görə, rusiyalılar Kinburn burnunda tələyə düşüblər:
"Lakin düşmən ehtiyat qüvvələri göndərməyə davam edir və yarımadanı nəzarətdə saxlamağa çalışır. Ukrayna hərbçiləri fiziki olaraq Kinburn burnunda yerləşməsələr də, ərazi onların atəş nəzarəti altındadır. Ukrayna bayrağı yarımadada dron vasitəsilə quraşdırılıb.
Bu istiqamətdə Rusiya tərəfinin əsas qüvvəsini 337-ci əlahiddə hücum alayı təşkil edir. O, sadəcə olaraq hücum alayı adlanır, çünki hazırda hər hansı hücum əməliyyatından ümumiyyətlə söhbət getmir.
Qısaca desək, Ukrayna qüvvələri tam üstünlüyə malikdir. Düşmən isə necə adlandırılmasından asılı olmayaraq, hazırda çox dərin müdafiə vəziyyətindədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Avqust 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















