Ruslar pivədən sürətlə imtina edir
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Rusiyada pivə bazarında durğunluq dərinləşir. Musavat.com xəbər verir ki, qiymət artımı və sağlam həyat tərzinə marağın yüksəlməsi pivə istehlakını rekord həddə endirib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiyada pivə bazarı durğunluq dövrünü yaşayır. Ötən il adambaşına pivə istehlakı illik 60 litrə enərək tarixi minimuma düşüb. Bu göstərici 2024-cü illə müqayisədə 17% azdır.
Mütəxəssislərin fikrincə, tələbatın azalmasına istehsal xərclərinin artması səbəbindən qiymətlərin bahalaşması, eləcə də istehlakçıların seçimlərinin dəyişməsi təsir göstərir.
Ekspertlər hesab edirlər ki, bu il pərakəndə pivə satışları cəmi 700 milyon dekalitr səviyyəsində ola bilər.
Bununla yanaşı, bu il "pivə inflyasiyası" 12% təşkil edəcək.
Məlumata görə, pivənin tədarükü ilə faktiki istehlakı arasındakı fərq də 173 milyon dekalitr səviyyəsində qalacaq. Bu isə 2020-2023-cü illərin göstəricilərindən üç dəfə yüksəkdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:91
Bu xəbər 12 İyul 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















