Icma.az
close
up
RU
Ruslar qədim türk etnosunun adını daşıyır Tarixçi alim

Ruslar qədim türk etnosunun adını daşıyır Tarixçi alim

Icma.az, Bakupost saytına istinadən bildirir.


Rusiya və Belarus ərazilərində Bizans modelinin pravoslav xristian inancını qəbul edənə qədər bu coğrafiyada vyatiçi, radimiçi, uliçi, kriviçi, slovenlər, severilər, dreqoviç və başqaları yaşayırdı. Slavyan tayfalarından başqa fin-uqor tayfaları da meriya, meşçera, çud və muroma rus tərəfindən assimilyasiya edilənə qədər müstəqil etnik qrup sayılırdı.

Rus xalqı adı 1937-ci ildə nəşr olunan “SSRİ tarixinin qısa kursu” dərsliyinin 13-cü səhifəsində ilk dəfə çəkilir: “X əsrin əvvəllərindən etibarən Slavyanların Kiyev Knyazlığı Kiyev Rusu adlanırdı”. Məhz bu bolşevik təbliğatının nəticəsi idi ki, bu yanlış fikir beynlərə kök salıb.

O zaman imperiyaya başçılıq edən Stalinin əmri ilə “Kiyev Rusu” ifadəsi dərsliklərə salınmışdır. Stalinin göstərişi ilə və şəxsi redaktəsi ilə yazılan Rusiya tarixində bu qondarma adı isə “tarixi faktlarla” sübut etməyə çalışan akademik Grekov idi.

Ərəb tarixçisi Əl-Məsudi yazır: “Xəzər paytaxtında bir neçə hakim var idi:

- ikisi müsəlmanlar üçün

- ikisi Tövrata (Musanın beşinci kitabı) əsasən hökm edən xəzərlər üçün

- ikisi xristianlar üçün

- biri isə slavyanlar, ruslar və bütpərəstlər üçün.

Bu fakt onu göstərir ki, hələ IX əsrə qədər özlərinə bu gün rus deyən tayfalar heç bir səmavi dinə aid deyildilər. Bir səmavi dinə inanmaq üçün yığcam bir millət olmaq lazım idi ki, ona qədər də slavyan tayfaları birləşməmişdilər və “rus” adı sadəcə Xəzər dənizi yaxınlığında yaşayan kiçik bir icma idi.

Bəs bu rus adı necə yaranıb?

Bu gün dünyanın ərazicə ən böyük ölkəsi olan Rusiya qədim bir türk etnosunun adını daşıyır. Uruz nəslinin bir qolu şərq slavyanlarını özlərinə tabe etmiş, slavyanlar özlərini qalib xalqın adı ilə urus, ölkələrini Rusiya adlandırmışlar. Təsadüfi deyil ki, Əbülqazi Bahadur xan rusların adını “urus” kimi göstərmişdir. Bunu Rusiyanın məşhur alimi Rıçkov öz əsərində yazır (Рычков П. И. Топография Оренбургская, то есть: обстоятельное описание Оренбургской губернии. Оренбург: ООО «Печ. Дом «Димур», 2010. 623 с.)

Digər rus alimi Popov bunu təsdiq edir. O yazır: “Qədim rus salnamələrində göstərilir ki, Urus qıpçaq tayfalarından biridir”.

Əbdürrəşid Bakuvi “Kitab təlxis əl-asar va acayib əl-malik əl-qəhhar” əsərində yazır: “Urus türk tayfasıdır. İtil çayı ilə ticarət edirlər. Slavyanları əsir tutur və qul bazarında satırlar. Onların öz qanunları və ayrıca dilləri var.

“Ruslar” etnoniminin özü çox güman ki, varyaqlar tərəfindən gətirilmişdir. Fikrimizcə, ən inandırıcı nəzəriyyə odur ki, bu anlayış qədim norsca rōþ- (“avarçəkənlər” deməkdir) “rus” şəklində yaranmışdır. Xatırladığımız kimi, xronika versiyasına görə, 862-ci ildə bu coğrafiyaya gələn varyaqlar bacarıqlı dənizçilər idilər, buna görə də onların adının naviqasiya və avarçəkmə ilə əlaqəli olduğunu düşünmək daha məqsədəuyğundur. (Noonan, Thomas S. (“Scandinavians in Eastern Europe". In Sawyer, Peter S. (ed.). The Oxford Illustrated History of the Vikings. Oxford: Oxford University Press199. p. 135.)

“Rus” termini əvvəlcə mənbələrdə varyaq hərbi aristokratiyasına istinad etmək üçün istifadə edilmişdir.

Agioqraf Nestor slavyan tarixi və mədəniyyəti üçün fundamental əhəmiyyət kəsb edən “Keçmiş illərin povesti” əsərində yazır:

“Və onlar dənizin o tayından varyaqlara, ruslara getdilər. Onları rus adlandırırdılar, digərləri isə isveçlilər, digərləri isə normanlar və bucaqlar, digərləri isə qotlar”.

Bu fakt görkəmli türkoloq Murad Acının “Qıpcaq çölünün yovşanı” kitabında da qeyd edilir. Murad Acı rusları İsveç mənşəli varyaqlar adlandırır. Acıya görə yunanlar, romanlılar, qıpçaqlar, farslar və bütün dünya IX-XII əsrlərdə rus sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada “varyaqlar” adı ilə məşhur olan xalqı tanıyırdılar. O vaxtın tarixi sənədlərində belə yazıldığını araşdıran Acı skandinavlıların “dəniz cəngavərləri” kimi dünyada tanındığını göstərərək, onların çaylardan magistral yol kimi istifadə edərək digər ərazilərdə məskunlaşdıqlarını qeyd edir.

Rus kimi tanınan varyaqların “odino” deyilən dini inam sahibi olmasını vurğulayan Murad Acı onların slavyanlarla heç bir bağlılığı olmadığını yazır.

Devil Uilson Skandinaviyanın sakinləri olan vikinqlər barəsində tədqiqatlarında qeyd edir: “Vikinqlər çaylar və dəniz vasitəsilə Skandinaviyaya gəliblər. Şərq və Qərb arasında ticari və mədəniyyət münasibətlərinin əlaqələndiricisi olublar. Böyük İpək Yolu üzərində yerləşən vikinqlərin qədim əcdadları Çin, Polşa, Rusiya və İran arasında yerləşən dəniz vasitəsilə mərkəsi Asiyaya çıxış yolu açıblar. Vikinqlər böyük dənizçilər idilər. Onların hesabında bir çox dəniz qəhrəmanlıqları var. Vikinqlərin Skandinaviya gəlməsindən öncə gözəl təbiətə malik əraziləri və inkişaf etmiş mədəniyyətləri var idi”.

Tur Heyerdal Uilsonun fikirlərini davam etdirərək, vikinqlərin qeyd olunan vətənlərinin Qafqazdan, əsasən Azərbaycan olduğunu təsdiqləmişdir.

Zaur Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri