Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Tarixçi alim ruslar üçün latın qrafikalı əlifbadan danışır

Tarixçi alim ruslar üçün latın qrafikalı əlifbadan danışır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

1917-ci il Oktyabr inqilabından dərhal sonra bolşeviklər müxtəlif sahələrdə islahatlara başladılar. Əlbəttə ki, hər şey Çar Rusiyasındakından fərqlənməli idi. 1917-ci ilin sonu - 1918-cu ilin əvvəlində kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında dekretlər qəbul olundu. Bu, təkcə xristianlara aid deyildi. Müsəlmanlar da mollaxanalardan əl çəkib dünyəvi məktəblərdə təhsil almalı idilər. Bütün işlər Dövlət Xalq Təhsili Komissarlığına tapşırıldı. Ən böyük uğur məktəblərin yaradılması və hamının təhsilə cəlb edilməsi idi. 1923-cü ildə “Rədd olsun savadsızlıq!” şüarı ilə könüllülərdən “likbez”lər (savadsızlığın ləğvi) cəmiyyəti yaradıldı. Artıq 1926-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasında (RSFSR) savadlı əhalinin sayı iki dəfə artaraq 51 faiz olmuşdu. Lakin bolşeviklər hədlərini o qədər aşmışdılar ki, nəinki din dərslərini, hətta tarix və fəlsəfəni köhnəliyin qalığı kimi ləğv etmişdilər. Əllərinə hakimiyyət keçdiyindən ruhlanan kəndlilər bir sıra zadəgan malikanələrini zəngin kitabxanaları, dəyərli maddi mədəniyyət nümunələri ilə birgə yandırmışdılar. Bunun qarşısını almaq məqsədilə kitabxanaların, muzeylərin, saray və malikanələrin qorunması haqqında dekret qəbul edilmişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “Ruslar üçün latın qrafikalı əlifba” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Əlifba islahatı da geniş vüsət almışdı. Bu baxımdan Kirill əlifbası köhnəliyin qalığı kimi aradan qaldırılmalı idi. 1918-ci ildə əlifbada islahat apararaq i, Θ,ѣ, ע kimi hərfləri, eyni zamanda, samitlə bitən sözlərin sonundakı “Ъ” işarəsini çıxartdılar. Lakin bu, ilkin mərhələ idi...

Məktəbin kilsədən ayrılması üçün Çar Rusiyasının xristianlaşdırma və ruslaşdırma siyasətinin əsas aləti olan əlifbadan – inqilabdan əvvəlki Kiril əlifbasından imtina etmək məsələsi qaldırılmışdı. Bir sözlə, inqilaba qədər istifadə edilmiş Kirill və ərəb əlifbaları xristian və müsəlman əhali təbəqələrini dini cəhalətdə saxlayan, mürtəce, ruslaşdırma və xristianlaşdırmaya, ərəbləşdirməyə xidmət edən vasitə kimi latın qrafikası ilə əvəz olunmalı idi...

RSFSR-in xalq maarifi komissarı Anatoli Lunaçarski rusların, eləcə də bütün dünya xalqlarının latın qrafikasında əlifbaya keçməsinin tərəfdarı idi. A. Lunaçarskiyə görə, dünya inqilabı azad bəşəriyyətə dünya əlifbası – latın qrafikalı əlifba gətirməli idi... Onun şahidliyinə görə, V.İ.Lenin də bu əlifbanın tərəfdarı idi. Lakin V.İ.Lenin birdən-birə latın qrafikalı əlifbaya keçməyi haqlı olaraq təhlükəli hesab edirdi: “Əgər biz tələsik yeni əlifbanı həyata keçirməyə başlasaq, ya da mütləq bizimkinə uyğunlaşdırılması lazım gələn latın əlifbasını tələsik daxil etsək, səhv edə bilərik və vandalizmdə günahlandırılaraq tənqid hədəfinə çevrilərik”.

SSRİ xalqlarının latın qrafikalı əlifbaya keçid kampaniyası 1920-1930-cu illəri əhatə edirdi. 1929-cu ildə RSFSR-nın Xalq Maarifi Komissarlığı rus əlifbasının latın qrafikası əsasında tərtibi ilə bağlı məsələlərin işlənməsi üçün komissiya yaratdı. Komissiyanın 1930-cu il 14 yanvar iclasının protokolundan: “Rusların yaxın vaxtda latın əsaslı vahid beynəlmiləl əlifbaya keçməsi qaçılmazdır”.

1920-ci illərin sonlarında əksər sovet xalqları latın qrafikalı əlifbaya keçdikdən sonra dilçi alim Nikolay Yakovlev yazırdı: “Rus əlifbasının ərazisi Oktyabr inqilabının latın əlifbasının (yeni türk əlifbası) qəbul edildiyi divarlar və eyni əsaslı milli-burjua əlifbaları olan Qərbi Avropa ölkələri arasında sıxılıb qalmış paza bənzəyir. Beləliklə, sosializm quruculuğu mərhələsində SSRİ-də Kirill əlifbasının olması, sözsüz, İttifaq xalqlarının böyük hissəsini inqilabi Şərqdən, eləcə də Qərbin zəhmətkeş kütlələrindən və fəhlə sinfindən ayıran maneənin qrafik növü olan anaxronizmdir”.

1929-cu ildə RSFSR Xalq Maarifi Komissarlığı professor Nikolay Yakovlevin başçılığı və dilçilərin, kitabçıların, poliqrafiya mühəndislərinin iştirakı ilə 13 nəfərdən ibarət Komissiya yaratmışdı. Komissiya 1930-cu ilin yanvarında işini başa çatdırdı. Türkcə “yeni əlifba”, rus dilində “yanalif” kimi tələffüz olunan bu əlifba belə idi: Aa, Bʙ, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg,Ƣƣ, Hh, Ii, Jj, Kk, Ll, Mm, Nn, Ꞑꞑ, Oo, Ɵɵ, Pp, Qq, Rr, Ss, Şş, Tt, Uu, Vv, Xx, Yy, Zz, Ƶƶ, Ьь; apostrof da vardı. Latın dilində olmayan səslər əlavə işarələr şəklində verilirdi. Məsələn, [ы] ь kimi, [ч] с kimi), ya da diakritik işarəli hərflərlə: [ш] və [дж] ş və ç kimi. Yekun sənəddə rus latını üçün bir-birindən yalnız “ы”, “ё”, “ю”, “я” və “ь” daxil edilməsi ilə fərqlənən üç variant təklif edilirdi. Lakin 1930-cu il yanvarın 25-də İosif Stalin rus əlifbasının latınlaşdırılması məsələsinin dayandırılması haqqında göstəriş verdi...

Beləliklə, 1917-ci il Oktyabr inqilabından sonra əlifba islahatı məsələsi yalnız türk və müsəlman xalqları üçün deyil, rus dili üçün də müzakirə obyektinə çevrilmişdi. Bolşeviklər mədəniyyət və dil sahəsində “bütün köhnə formaları dağıdaraq yeni, beynəlmiləl sistem” yaratmaq niyyətində idilər. 1920-ci illərdə SSRİ-də bir çox alim və dilçi, xüsusilə Nikolay Marr və onun məktəbi yazı sisteminin beynəlmiləlləşdirilməsini təklif edirdilər. Onların fikrincə, latın qrafikası texnoloji cəhətdən daha çevik və dünya elmində daha çox istifadə olunduğu üçün “proqressiv” sayılırdı. 1920–1930-cu illərdə hətta rus dili üçün latın əlifbası layihələri hazırlanmışdı. Bu layihələrdə Kirill hərfləri latın işarələri ilə əvəz edilirdi. Məsələn: “Ш” üçün š, “Ч” üçün č, “Ж” üçün ž, “Я” üçün ja və s. kimi variantlar təklif olunmuşdu. 1929-cu ildə SSRİ-də “Latınlaşdırma Komitəsi” fəaliyyət göstərirdi və bəzi dövri mətbuatda rus yazısının latınlaşdırılması müzakirə edilirdi. Lakin 1930-cu illərin ortalarından etibarən Stalinin milli siyasəti dəyişdi: latın qrafikalı əlifbalar ləğv edildi, bütün xalqlar Kirill qrafikasına keçirildi.

Beləliklə, ruslar üçün latın əlifbasına keçid ideyası qısa müddət müzakirə olunsa da, mərkəzi hakimiyyətin milli və ideoloji maraqları bu planı tamamilə dayandırılmışdı. Nəticədə, Kirill yazısı sovet imperiyasının “vahid mədəniyyətinin” əsas atributuna çevrildi və rus dili bütün SSRİ üçün mədəni hegemon rolunu oynadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri