Icma.az
close
up
RU
Ruslar qıtlıq qorxusuna düşüblər Azərbaycan məhsullarını necə ƏVƏZLƏYƏCƏKLƏR?

Ruslar qıtlıq qorxusuna düşüblər Azərbaycan məhsullarını necə ƏVƏZLƏYƏCƏKLƏR?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı zorakılığından sonra yaranmış gərginlik Rusiya rəsmilərindən çox, sadə vətəndaşları narahat edib. Ruslar münasibətlərinin kəskinləşməsi səbəbindən bazarlarda meyvə-tərəvəz qıtlığından qorxuya düşüblər.
Rusiyalı iqtisadçı Aleksandr Suetin soydaşlarını inandırmağa çalışıb ki, qısa müddətdə Rusiya bazarlarında azərbaycanlı sahibkarların bazardan müəyyən sıxışdırılması gözlənsə də, uzunmüddətli perspektivdə iqtisadi sağlam düşüncə üstünlük təşkil edəcək və iki ölkənin birgə əməkdaşlığı davam edəcək.
“Son bir neçə gündə Azərbaycanla münasibətlər gərginləşib. Bu vəziyyəti ortaq ticarət dövriyyəsini pisləşdirmədən diplomatik vasitələrlə həll etmək olardı. Ölkələr arasında ticarət dövriyyəsi demək olar ki, 5 milyard dollar təşkil edir. Azərbaycanın tərəvəz və meyvələrinin əsas istehlakçıları Rusiyadır”. 
Suetin bildirir ki, bazarlarda bahalaşmadan qorxmağa ehtiyac yoxdur.
“Yeni məhsulun vaxtı yaxınlaşır və qiymətlər ənənəvi olaraq aşağı düşəcək. Rusiyada təzə məhsul yığılıb emal olunana qədər (təxminən oktyabrda) Rusiya-Azərbaycan əməkdaşlığı üçün çox güman ki, müəyyən həll yolu tapılacaq. Əgər bu həll Rusiya istehlakçısı üçün əlverişsiz olarsa, o zaman məhsulun əvəzlənməsi yolları tapılacaq”.
Amma iqtisadçı ekspert Akif Nəsirli rusiyalı həmkarından fərqli düşünür. Rusiyanın Azərbaycana alternativ saydığı ölkələrin də miqrantları mütəmadi olaraq Rusiyada təzyiqlərə məruz qalır.
“Rusiyanın ümumiyyətlə miqrant siyasəti yanlışdır. Nəzərə alsaq ki, Rusiyada işləyən əhali çox azdır. Yəni Rusiyanın işçi qüvvəsi miqrantlar və ya qeyri-rus vətəndaşları hesabınadır. Rusiya iqtisadiyyatının, daxili ticarətinin sütunu miqrantlardır. Onlarsız Rusiyanı təsəvvür etmək mümkün deyil.  Bu gün həm digər etnik qruplara, həm də azərbaycanlılara qarşı təzyiqlər davam edir. Bu təzyiqlərə görə də həmin miqrantların fəaliyyəti iflic olur. Bunun nəticəsində də məhsul qıtlaşır. Bazara məhsul çıxaran şəxslər sıxışdırılır, həbs olunursa, təbii ki onun biznesi də dayanacaq”. 
Rusiya cəmiyyətində narazılıqlar artacaq
Ekspert bildirir ki, Rusiyada onsuz da çox ciddi inflyasiya gedir. Rusiyaya tətbiq edilən sanksiyalar, gündəlik müharibə xərcləri və s. maliyyə-kredit siyasətində axsamalara gətirib çıxarır. Bu son hadisələr qiymətlərin bahalaşmasına inflyasiyanın sürətlənməsinə imkan yaradır.
Ona görə də Rusiyanın hazırda yürütdüyü bu puç siyasəti uzun müddət davam edə bilməz. Belə getsə, bu siyasət Rusiya daxilində sosial partlayışlara, hakimiyyət böhranına gətirib çıxara bilər.
Ehtiyac rusları dizə gətirəcək
A.Nəsirli həmçinin diqqətə çatdırıb ki, hazırda Rusiyanın əksər ölkələrlə münasibətində dalğalanma müşahidə edilir.
“Rusiya dayanıqlı bir dövlət deyil. Əgər Rusiya və Azərbaycan arasında münasibətlər yenidən normallaşarsa, ikitərəfli əlaqələr bərpa oluna bilər. İndiyə qədər münasibətlərin bu cür korlanmasını, qırılmasını dəfələrlə görmüşük. Hesab edirəm ki, bu da onlardan biridir. Azərbaycanla münasibətləri düzəltmək Rusiyanın özü üçün vacibdir. Ticari əlaqələrin bərpası da elə Rusiya tərəfinin ehtiyacı səbəbindən baş verəcək”.  (Bizim.media)
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyul 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri