Rüsumların artırılmasından imtina edildi
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp martın 12-dən Kanadadan ABŞ-yə polad və alüminium tədarükünə rüsumların 50%-ə qədər artırılması qərarından imtina edib.
Bu barədə çərşənbə axşamı jurnalistlərə Ağ Evin nümayəndəsi Kuş Desay bildirib.
"Prezident Trampın icra səlahiyyətlərindən istifadə edərək Kanadaya 50 faizlik tarif tətbiq edəcəyi ilə hədələməsindən sonra Ontario əyalətinin rəhbəri Daq Ford ABŞ-nin ticarət naziri Hovard Lutniklə söhbətində Birləşmiş Ştatlara elektrik enerjisi ixracına 25 faizlik tarif tətbiqindən geri çəkildiyini bildirib.
Prezident Tramp ABŞ xalqı naminə qələbə qazanmaq üçün bir daha dünyanın ən yaxşısı və ən böyüyü olan Amerika iqtisadiyyatının rıçaqlarından istifadə etdi. Onun əvvəlki sərəncamlarına uyğun olaraq, polad və alüminiuma 25 faizlik tarifləri, istisnalar və ya güzəştlər olmadan, Kanada və bütün digər ticarət tərəfdaşlarımız üçün martın 12-də gecə yarısı qüvvəyə minəcək", - Desay deyib.
Report

