Icma.az
close
up
RU
Rüşvət alan bölmə rəisi hakim qarşısında

Rüşvət alan bölmə rəisi hakim qarşısında

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rüstəmov Əvəz Əli oğlunun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin Hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan Nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, ibtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Aprel 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri