Icma.az
close
up
RU
Rüşvət vermədiyi üçün attestat ala bilmədi ŞİKAYƏT / FOTO

Rüşvət vermədiyi üçün attestat ala bilmədi ŞİKAYƏT / FOTO

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

308 saylı məktəbin rüşvətlə qovulan direktoru haqda şok ittihamlar

Yasamal rayonu, 7-ci Alatava, bina 64, ev 33 sakini Kərimova Fərqanə Zakir qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Yasamal rayonunda yerləşən 308 saylı məktəbin direktoru Təranə Məmmədovaya rüşvət vermədikləri üçün oğlu Kərimov Emil Cavid oğluna attestat verməyib:

“Mən, Kərimova Fərqanə Zakir qızı, yazaraq xahiş edirəm ki, müraciətimi dərc edəsiniz.

Bildirim ki, artıq hara, kimə şikayət edcəyimi bilmirəm. Çünki rüşvətxor direktor Elm və Təhsil Nazirliyi tərəfindən qorunur.

Qeyd edim ki, oğlum Kərimov Emil Cavid oğlu Yasamal rayonunda yerləşən 308 saylı orta məktəbi bitirib. Buraxılış və blok imtahanında iştirak edib. Amma direktor Təranə Məmmədovanın istədiyi məbləği verə bilmədiyimiz üçün oğluma attestat verilmədi.

Ali məktəbə ixtisas seçiminə daxil olan zaman bildirildi ki, “siz ixtisas seçiminə buraxılmırsız, səbəb isə təhsil sənədinin təsdiq olunmamasıdır”.

Direktor 10-11 ci siniflərdən hər il üçün 1000 manat pul alırdı. Bu, 2 ilə 2000 manat edir. Pul verməyən bütün şağırdlərin həyatını bu formada qaraltdı. Mənim övladım da təhsil hüququndan məhrum edildi.

Onu da deyim ki, bu məktəbdə summativlər də pul qarşılığında yazılır. Əgər pul verməsən, şagird dərsdə olduğu halda qayıb qoyulur.

Bütün şikayətlərə baxmayaraq, Elm və Təhsil Nazirliyi bu hadisəyə don geyindirməyə çalışır. Tək mənim uşağımın yox, bir neçə uşağın təhsil hüququ bu cür qanunsuzluqla əllərindən alınıb. Bir neçə dəfə müdafiə olunan direktorun növbəti səhvi zamanı səs yazısı ortaya çıxdı. Artıq onu qoruyan, bütün səhvlərini ört-basdır edən şəxs ona kömək edə bilmir. Belə ki, direktor işdən azad edilir. 15 gün qabaq “məktəbdə rüşvət halı yoxdur” deyən nazirlik bu dəfə onu rüşvətlə işdən çıxarır.

Uşaq məktəbə gedəndə “nəyə gəlmisən, pul verməsən qiymət yazılmayacaq” sözünü açıq-aşkar deyirdi. Oğlan uşaqlarını alçaldırdı. Hərbi xidmət üçün “Ağ kağız” istənildikdə belə, sənədə yazırdı ki, dərsdən sonra ofisiant işləyir.

Oğlumla bərabər tanıdığm 4 şagirdə də attestat verməyiblər.

Kimsəyə sirr deyil ki, savadsızlıq, rüşvət, hegemonluq - hamısı belə direktorların işlədiyi məktəblərdə baş verir. Çıxdı getdi, yığdığını rahat-rahat yeyəcək. Olan mənim kimi valideynlərə olur. Çünki nazirlik biz valideynlərə inanmır. Yalnız sosial media üçün sübut verəndə tədbir görülür.

Nazirlik tərəfindən göndərilən saxta məktubu da sizə göndərirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri