Icma.az
close
up
RU
RÜŞVƏT VERMƏMƏYİN CƏZASI Yaxud Azəristiliktəchizat ASC nin 10 ildir “araşdırdığı şikayət”

RÜŞVƏT VERMƏMƏYİN CƏZASI Yaxud Azəristiliktəchizat ASC nin 10 ildir “araşdırdığı şikayət”

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2015-ci ilin yanvarında şəhərin səs-küylü ərasizsindən köçmək haqda qərar verərkən, başlıca məqsədimiz sakit həyat yaşamaq idi. Əslində, mənzil seçərkən binanın həyətinin geniş olmasına və sakit bir məhəllədə yerləşməsinə üstünlük verməyimiz də təsadüf deyildi. Ən azı, hər axşam həyətdə maşın saxlamaq üstündə kiminləsə mübahisə etməyəcək, pəncərəni açanda küçədən dava-dalaş səsi, “çoxmərtəbəli” söyüşlər eşitməyəcəydik. Bu səbəbdən, "makler"in bizə təklif etdiyi Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 12-də yerləşən mənzilin ən üst qatda - 5-ci mərtəbədə yerləşməsinə çox da əhəmiyyət vermədik. Əsas o idi ki, binanın həyəti geniş və çox səliqəli idi.

Əlbəttə, hər bir alıcı kimi, biz də alqı-satqıdan öncə mənzilin kommunal xidmət idarələrinə borcunun olub-olmadığını araşdırdıq. Məlum oldu ki, əvvəlki ev sahibi bütün ödənişləri vaxtlı-vaxtında edib, işıq, qaz və su idarələrinə heç bir borcu qalmayıb. Üstəlik, çoxlarından fərqli olaraq 2014-cü ilin sonunadək “JEK”ə olan borcunu da ödəmişdi. Təkcə "Azəristiliktəchizat" ASC-yə borcun olub-olmadığı haqda sənəd tələb etməmişdik. Bu da səbəbsiz deyildi. Çünki mənzildə nəinki istilik radiatorları, heç borular da yox idi, illər öncədən kəsib çıxarmışdılar. Eynilə, 4-cü mərtəbədə yerləşən mənzildə də "Azəristiliktəchizat"ın boru xətti mövcud deyildi. Belə olan halda əvvəlki mənzil sabhibinin bu quruma necə borcu ola bilərdi?! Məhz bu düşüncə ilə də yanvarın ilk iş günlərindən birində alqı-satqı işini həyata keçirib, yeni mənzilimizə köçdük.

Təxminən 10 ay sonra, 2015-ci ilin noyabr ayında qapımızı döyən yaşlı kişi "Azəristiliktəchizat"ın əməkdaşı olduğunu və bu quruma 2012-ci ildən etibarən 100 manat borcumuzun yığılıb-qaldığını bildirdi. Ona bizim mənzilə istilik verilmədiyini, ümumiyyətlə boru xəttinin olmadığını dedim və öz gözləri ilə görməsi üçün içəri dəvət etdim. Lakin yaşlı kişi içəri keçmədi və öz dəftərində qeydiyyat apararaq, bu haqda rəhbərliyə məlumat verəcəyini söylədi.

"Azəristiliktəchizat" əməkdaşını yola saldıqdan sonra mənzilin əvvəlki sahibinə zəng vurub, baş verənləri ona danışdım. O isə istilik xəttini təxminən 10 il əvvəl mənzili əsaslı təmir etdirərkən sökdürdüyünü və bu səbəbdən də heç bir halda "Azəristiliktəchizat"a borclu ola bilməyəcəyini vurğuladı.

Beləliklə, "Azəristiliktəchizat" əməkdaşı bizim bu quruma borclu olmadığımız haqda rəhbərliyə məlumat verəcəyini dedikdən sonra, problemin həll olunacağını düşünüb, məsələnin üstünə düşmədik. Lakin təxminən bir il sonra, 2016-cı ilin noyabrında həmin yaşlı kişi yenə qapımızı döydü. Görünür, ötən il ona mənzilimizin istiliklə təmin olunmadığı haqda məlumat verdiyimizi unutmuşdu. Çox güman ki, bu haqda rəhbərliyə məlumat verməyi də lazım bilməmişdi.

"Azəristiliktəchizat" əməkdaşı bu dəfə təxminən 130 manat “borclu olduğumuzu” deyəndə, yenə ona xatırlatdıq ki, biz bu qurumun xidmətindən yararlanmırıq və bu səbəbdən də borclu ola bilmərik. Qarşı tərəf yenə öz kitabçasında qeydiyyat aparsa da, ona gedib problemi yerində həll edəcəyimi, lazım gələrsə yetkili şəxsləri evə dəvət edib, mənzilə istilik verilmədiyini öz gözləri ilə görmələrinə şərait yaradacağımızı bildirdim.

Bir neçə gün sonra "Azəristiliktəchizat" ASC-nin 245 nömrəli məktəbin yaxınlığında yerləşən idarəsinə gedib, qarşılaşdığımız problem haqda məlumat verdim. Adını unutduğum rəhbər şəxslərdən biri məsləhət bildi ki, yazılı müracət edək, bizim məktubu “yuxarı”ya göndərib, borcu sildirməyə çalışacaq. Deyildiyi kimi də etdim, idarədə çalışan xanım əməkdaşların birindən ağ vərəq alıb, yerindəcə müraciət yazaraq, əməkdaşlara təqdim etdim. Sonda əlaqə nömrəmi də istədilər və müraciətin nəticəsi ilə bağlı bizə məlumat veriləcəyini dedilər. İdarədən çıxanda “bir yükdən” xilas olduğumu düşünsəm də, necə deyərlər, biz saydığımızı sayaq, görün "Azəristiliktəchizat" nə sayırmış...

2016-cı ildə "Azəristiliktəchizat" ASC-nin müvafiq idarəsinə borclu olmadığımız haqda yazılı müraciət etsək də, 2017-ci ilin mart, yaxud aprel ayında qapımızın dəstəyinə “borclu olduğumuz” haqda növbəti qəbz qoyulmuşdu. Görünür, idarənin yaşlı əməkdaşı əsassız borc tələbinə görə qapımızı döyməyə utanmışdı. Və bu dəfə “borcumuz” təxminən 25 manat da artmışdı.

Nəhayət, problemi həll etmək üçün "Azəristiliktəchizat" ASC-nin “qaynar xətt”inə zəng vurmağa məcbur qaldıq. Telefona cavab verən xanım əməkdaşa baş verənlər haqda məlumat verdikdən sonra, qarşı tərəf “sizinlə əlaqə saxlanılacaq”, - deyərək dəstəyi asdı. Həqiqətən də təxminən 1 saat sonra telefonda özünü "Azəristiliktəchizat" ASC-nin Xətai rayonu üzrə məsul əməkdaşı (hansı vəzifə sahibi olduğunu xatırlamıram – müəl.) kimi təqdim edən şəxs “nə probleminiz var?” – deyə soruşdu. Qarşılaşdığımız problemlə bağlı ona da telefon vasitəsilə ətarflı məlumat verdim. Məni dinlədikdən sonra məsələnin araşdırılacağını bildirdi.

Lakin 2017-ci ilin noyabr ayında yenidən bu qurumdan “borclu olduğumuz” haqda qəbz təqdim olunanda məlum oldu ki, heç bir araşdırma olmayıb. Əslində, araşdırma üçün ilk növbədə yaşadığımız mənzilə baş çəkməli idilər. Lakin bu məsələdə kimsə maraqlı deyildi. Bu səbəbdən də, "Azəristiliktəchizat"-a “borcumuz” ilbəil artırdı.

Eynilə, 2018-cilin mart ayında da təxminən 180 manat “borclu olduğumuz” haqda qəbz verilmişdi. Amma "Azəristiliktəchizat" ASC vətəndaşa haqsız yerə yazdığı borcu silməməkdə israrlı olduğu kimi, biz də borclu olmadığımız halda kimsəyə ödəniş etmək fikrində deyildik...

Beləliklə, 2018-ci ildə 4-cü mərtəbədə yaşayan qonşu qapımızı döyərək, əsassız yerə yığılan borcu sildirmək üçün birlikdə "Azəristiliktəchizat" ASC-nin müvafiq idarəsinə getməyi təklif etdi. Bu zaman məlum oldu ku, "Azəristiliktəchizat" ASC tərəfindən təkcə bizə deyil, alt qonşuya da hər il əsassız olaraq borc yazılırmış. Qonşu dedi ki, "Azəristiliktəchizat"-da (245 nömrəli məktəbin yaxınlığında yerləşən idarədə - müəl.) tanış tapıb, təxminən 40-50 AZN “hörmət etməklə”, borcun hamısını (180 AZN) sildirəcək.

Təbii ki, mən onun bu təklifini qəbul etmədim. Dedim ki, istiliklə təmin olunmadığım halda 1 manat da ödəmək fikrində deyiləm. Qonşum isə dedi ki, onda mən gedim, qayıdanda sənə məlumat verəcəm.

Təxminən 1 saat sonra qonşum yenidən qapını döydü. Bildirdi ki, 40 manat rüşvət ödəməklə borcunu sildirib. Əlavə etdi ki, “nə vaxtsa sən də 40 manat verib borcunu sildirmək istəsən, idarədə tanış var, nömrəsini verərəm”. Mən isə bir daha qonşuma kimsəyə rüşvət verməyəcəyimi xatırlatdım. Bundan sonra o, hər ikimzin mənzilinə ayrıca istilik xətti çəkilməsi ilə bağlı da razılıq aldığını söylədi. Bildirdi ki, 3-cü mərtəbədə yaşayan xanım evini təmir etdirdiyi üçün mənzilindən yuxarı – 4-cü və 5-ci mərtəbələrə boru xətti keçməsinə razılıq vermir. Bu səbədən, binanın bloku vasitəsilə zirzəmidən birbaşa 4-cü və 5-ci mərətəbələrə istilik xətti çəkdirmək mümkündür. Bunun ümumilikdə 150-200 manata başa gələcəyini dedikdə, mən qonşunun təklifi ilə razılaşdım.

Elə həmin gün "Azəristiliktəchizat" ASC-nin 2 nəfər əməkdaşı gəlib mənzildə boru xətti keçəcək və radioatorlar qoyulacaq yerləri müəyyən etdi (deşdi), sabahısı gün isə istilik xətti çəkildi. Beləliklə, 2019-cu ilin qış mövsümü başlayanda, digər qonşularla yanaşı, bizim mənzillər də istiliklə təmin olunmağa başlanıldı.

İstilik veriləndən sonra, köhnə borcları sildirmək üçün, yenidən "Azəristiliktəchizat" ASC-nin “qaynar xətt”inə zəng vurdum. Baş verənlər haqda bir daha ətraflı məlumat verdikdən az sonra növbəti zəng daxil oldu. Qarşı tərəf məni dinlədikdən sonra idarəyə gəlib, yenidən yazılı müraciət etməyimi məsləhət bildi. Mən bir daha “Azəristiliktəchizat” ASC-nin 245 nömrəli məktəbin yaxınlığında yerləşən idarəsinə gedərək, əvvəlcədən yazdığımı müraciəti təqdim etdim.

Lakin yenə aylar keçsə də, kimsə bizim problemimizlə maraqlanmadı. Bir neçə ay sonra pandemiya, dövrü olsa da, “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyevlə görüşdüm. O, məni iş otağında qəbul etdi və ətraflı dinlədikdən sonra bildirdi ki, onun bu borcu sildirmək səlahiyyəti yoxdur, bunun üçün mütləq “Azəristiliktəchizat” ASC-nin sədrinə yazılı müraciət olunmalıdır.

Nəhayət, bu dəfə “Azəristiliktəchizat” ASC-nin sədri (keçmiş-müəl.) Yaşar Həsənova yazılı müraciət hazırlayaraq, Rafiq Əliyevin mənə dediyi elektron poçt ünvanına göndərdim. Bundan bir neçə gün sonra daha bir əməkdaş telefon vasitəsilə əlaqə saxlayaraq, pandemiya ilə əlaqədar problemin həllinin yubanacağını söylədi. Dedi ki, borcun silinməsi üçün mütləq mənzilə baxış keçirilməli və yerində akt tərtib olunmalıdır. Mən qarşı tərəfin diqqətinə çatdırdım ki, istənilən vaxt mənzilə baxış keçirilə bilər...

Beləliklə, pandemiya bitsə də, “Azəristiliktəchizat” ASC-dən kimsə qapımızı döymədi. Üstəlik, 2020-ci ildən sonra “borc qəbzləri”nin yanında bizi məhkəmə ilə hədələyən bildirişləri də almağa “vərdiş etmişik”. Amma nə “Azəristiliktəchizat” ASC bizi məhkəmə verir, nə də biz öz problemimizi həll etmək üçün qurumu məhkəməyə vermək həvəsindəyik. Sadəcə, hər il 2 dəfə qurumun “qaynar xətt”inə zəng vurmaqla kifayətlənirik ki, bəlkə nə vaxtsa bu idarədə öz vəzifəsini layiqincə icra edəcək kimsə tapılacaq...

Yeri gəlmişkən, onu da dəyərli oxucuların diqqətinə çatdırım ki, artıq üçünü ildir şəxsi vəsaitimiz hesabına qonşu ilə bərabər mənzilimizə çəkdirdiyimiz istilik xəttini də kəsiblər. Məqsəd bizi üz-üzə qoymaq olsa da, qonşum məni çox yaxşı başa düşür. Deyir ki, gərək mən də rüşvət verib borcumu sildirməzdim...

Beləliklə, son 3 ildir “Azəristiliktəchizat” ASC mənə və alt qonşuma əsassız olaraq borc yazmağa davam edir. Biz isə artıq kimsəyə şikayət etmək fikrində deyilik. Necə deyərlər, harda qırılar-qırılar...

A.HƏSƏNLİ

P.S. Mövzuya qayıdacağıq.  

Share

Tweet

Email

Share

Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see263

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see205

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see203

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see158

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri