Icma.az
close
up
RU
Rüşvətdə günahlandırılan vəzifəli şəxslər məhkəmə zalından həbs edildi

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər məhkəmə zalından həbs edildi

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə Apellyasiya Məhkəməsində Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Şamil Şükürovun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və ona 6 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökmdən Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Şamil Şükürova məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27,234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric edilib və qeyd edilən əmlak üzərindən həbs götürülüb. Bildirilib ki, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Şamil Şükürova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunub və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.


Eyni zamanda Elman Əhmədovun 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilib və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.


Qeyd: Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov 2024-cü il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilmişdi. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmişdi.
 

Kamal Məmmədov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Fevral 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see135

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see128

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see124

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see122

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see121

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see120

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see120

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see120

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see119

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see119

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see118

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see117

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...

10 İyun 2025 20:01see113

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see112

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri