Acunun Fənərbağçadan gedişinin səbəbi məlum OLDU
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Fənərbağça İdman Klubunda vitse-prezident vəzifəsini icra edən Acun Ilıcalının gözlənilməz şəkildə vəzifəsini tərk etməsinin səbəbi ortaya çıxıb.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, bu qərarın əsas səbəbi klubun yeni baş məşqçisi Joze Mourinyonun Ilıcalı ilə bağlı narazılığı olub.
Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, Mourinyo Londonda klub prezidenti Ali Koçla görüşü zamanı Acun Ilıcalı ilə işləmək istəmədiyini bildirib. Portuqaliyalı mütəxəssis, xüsusilə transfer məsələlərinə heç kimin müdaxilə etməməsini tələb edib.
Bu səbəbdən, Acun Ilıcalının klubla yollarını ayırmaq qərarının sürətləndiyi və o, təxminən bir illik fəaliyyətindən sonra vəzifəsini könüllü şəkildə tərk etdiyi bildirilir.
Qeyd edək ki, Ilıcalı Fənərbağçadakı fəaliyyəti dövründə bir sıra strateji addımlarla diqqət çəkmişdi.
Fidan
Milli.Az
Baxış sayı:89
Bu xəbər 12 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















