Icma.az
close
up
RU
Çin Trampa torpaq satmağa razı oldu Pekin Vaşinqton anlaşmasında şok detal

Çin Trampa torpaq satmağa razı oldu Pekin Vaşinqton anlaşmasında şok detal

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ABŞ və Çin ticarət razılaşmasına nail olub. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.

“Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir .Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik. ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək “- deyə, Tramp bildirib.

Bununla da Trampın Çinlə ticarət müharibəsinin əsl səbəbi ortaya çıxır.

O, Çindən nadir torpaq xammalı əldə etmək üçün bu gərginliyi yaratmışdı?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, ABŞ və Çin arasında illərlə davam edən tarif müharibələri siyasəti ilk dəfə Donald Trampın birinci prezidentliyi dövründə başlamışdı:

Həmçinin oxuyun:

ABŞ Çinlə razılaşdı

“Trampın yenidən prezident seçilməsindən sonra ölkələr arasındakı tarif savaşları daha da kəskinləşməyə başladı. Lakin son aylarda əldə olunan razılaşmalar münasibətlərdəki kəskinliyi azaltsa da, icra mexanizmləri qeyri-müəyyən olaraq qalır. Enişli-yoxuşlu olan bu iki hegemon dövlətin qarşıdurmasında vəziyyət əvvəlki səviyyəyə də qayıda bilər. Lakin dünyada baş verən iqtisadi və siyasi kataklizmlər ABŞ-Çin razılaşmasını zərurətə çevirməklə bərabər, tərəflər üçün faydalı xüsusiyyətləri də özündə ehtiva etdi. Bu anlaşma, həmçinin ABŞ-ın hansı ölkələrə rüsum tətbiq etdiyini qiymətləndirməyə marağın yenidən artmasına səbəb ola bilər, çünki ticarət siyasətləri ABŞ-Çin münasibətlərindən kənarda sövdələşmələrə də təsir edir.


Emir Səftərov

Əvvələ qayıtsaq, ABŞ-ın tarif savaşını şərtləndirən əsas məqamlardan biri də Çinin nadir torpaq elementlərinə qeyri-mütənasib nəzarətə malik olması ilə bağlı idi. Çünki Çin dünyadakı nadir torpaq minerallarının böyük hissəsini istehsal və emal edir. Ona görə də bu məsələ ABŞ-ı hər zaman narahat edib. Trampın ikinci prezidentlik dövründə güclənən bu narahatlıq Çinə 145 faizlik vergi tarifləri tətbiq edilməsi ilə nəticələndi. Çinin qarşılıqlı olaraq ABŞ-a məhdudiyyətlər tətbiq etməklə cavab verməsindən sonra dünyada da qiymət artımlarının şahidi olduq. Bu paralel addımların isə iki nəhəng iqtisadiyyata malik ölkələr üçün heç də nizamlı olmadığı aydın şəkildə göründü.

Tariflərin sürətlə artması dünyanın iki böyük iqtisadiyyatı arasında ticarəti demək olar ki, iflic vəziyyətinə saldıqdan sonra ABŞ və Çin gərginliyi azaltmaq məqsədi daşıyan danışıqlara getməyə məcbur oldular. Görünür ki, tarifləri aşağı salan razılaşma qərarı hər iki tərəfin iqtisadi zərurətindən yaranıb”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri