Rutte: NATO ölkələri öhdəlikləri yerinə yetirməsə, Vaşinqtondan çox yaxşı bir insan onlarla əlaqə saxlayacaq
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
NATO ölkələrinin rəhbərləri müdafiə xərclərinə əhəmiyyətli artımın vacibliyini daha yaxşı başa düşməyə başlayıblar.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"İndi müdafiəyə ÜDM-in 2 faizinin kifayət etmədiyini deyəndə daha çox dəstək alıram", - o qeyd edib.
Rutte yenidən bildirib ki, NATO ölkələri müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməyə can atmalıdır.
Onun fikrincə, əgər NATO bu xərclərin artırılmasına razılaşsa, sonra ölkələrin götürdükləri öhdəlikləri yerinə yetirməsi mümkün olacaq.
"Əvvəlcə məndən zəng alacaqsınız. Əgər yenə də vəd edilənləri yerinə yetirməsəniz, Vaşinqtondan çox yaxşı bir insan sizinlə əlaqə saxlayacaq", - M.Rutte bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 Fevral 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















