Icma.az
close
up
RU
Rutte: Prezident Ərdoğan NATO daxilində olduqca nüfuzlu liderdir

Rutte: Prezident Ərdoğan NATO daxilində olduqca nüfuzlu liderdir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, “Prezident Ərdoğan NATO daxilində olduqca nüfuzlu liderdir və həmkarları tərəfindən böyük hörmətlə qarşılanır.”

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edən Rutte, bir sıra mühüm məsələlərə dair açıqlamalar verib.

Ukrayna ilə Rusiya arasında son həftələrdə aparılan danışıqlarda irəliləyiş müşahidə olunduğunu qeyd edən Rutte, 10 may tarixində Türkiyənin də iştirak etdiyi, Ukrayna mövzusuna həsr olunmuş Könüllülər Koalisiyasının onlayn formatda keçirilən toplantısına diqqət çəkib.

Rutte bildirib ki, ABŞ Prezidenti Donald Tramp tərəflər arasındakı “çıxılmaz vəziyyəti”i aradan qaldırmağa müvəffəq olub: “Ukraynanı mərhələli şəkildə dayanıqlı sülhə aparmalıyıq”, – deyə o vurğulayıb.

İstanbulda keçirilən sülh danışıqları barədə danışan Rutte: “Qarşıdakı 24-48 saatda nələrin baş verəcəyini söyləmək çətindir, lakin bütün əsas tərəflərlə daimi təmasdayam”, – deyə bildirib.

Onun sözlərinə görə, qarşıdakı 10-15 gün ərzində Ukrayna Prezidenti Vladimir Zelenskinin rəhbərliyi ilə prosesin daha konstruktiv məcraya yönəlməsi üçün mühüm fürsətlər yaranacaq. Bu baxımdan Rutte, ABŞ və Türkiyənin danışıqlardakı rolunu xüsusilə qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğanla uzunmüddətli dostluqlarının olduğunu deyən Rutte, onunla keçirilən son görüşün çox məhsuldar keçdiyini vurğulayıb: “Türkiyə NATO çərçivəsində bir çox istiqamətdə mühüm rol oynayır. Prezident Ərdoğan NATO daxilində nüfuzlu bir liderdir və müttəfiqləri tərəfindən yüksək dəyərləndirilir”, - deyib.

Rutte qeyd edib ki, görüşdə müdafiə xərcləri, müdafiə sənayesi və Ukrayna məsələləri də daxil olmaqla müxtəlif mövzular müzakirə olunub.

Avropa daxilində daha geniş əməkdaşlıq

NATO-da Avropa İttifaqının üzvü olmayan, lakin Avropada yerləşən Türkiyə, İngiltərə və Norveç kimi ölkələrin də olduğunu vurğulayan Rutte, bu ölkələrin Aİ ilə mümkün qədər yaxından əməkdaşlıq etməsinin vacibliyinə toxunub: “Yeni təşəbbüslər yalnız Aİ daxilində deyil, bütün Avropa miqyasında tətbiq olunmalıdır”, - deyə bildirib.

Rutte hesab edir ki, Aİ-nin İttifaqa üzv olmayan Avropa ölkələri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa açıq olması hər kəs üçün faydalı nəticələr verəcək.

O bildirib ki, Aİ ilə Türkiyə arasında sıx dialoq davam edir. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas vəzifəyə başladıqdan sonra ilk səfərlərindən birini Türkiyəyə edib. Aİ Komissiyasının sədri Ursula von der Leyenin də Prezident Ərdoğanla yaxın münasibətləri mövcuddur. Rutte bu istiqamətdə nikbin olduğunu vurğulayıb.

“Türkiyənin müdafiə sənayesi bütün İttifaq üçün çox əhəmiyyətlidir. Məsələn, Texasda yerləşən sursat istehsalı zavodları Türkiyədəki şirkətlərlə sıx əməkdaşlıq olmadan fəaliyyət göstərə bilməzdi,” – deyə Rutte qeyd edib. O, bunun Türkiyədə fəaliyyət göstərən minlərlə müdafiə şirkətindən sadəcə biri olduğunu əlavə edib.

Türkiyənin müdafiə sənayesinin yüksək inkişaf səviyyəsinə çatdığını deyən Rutte, bu potensialın bütün NATO üzrə genişləndirilməsinin zəruriliyini vurğulayıb: “Rusiya sursat istehsalını üç dəfə sürətləndirib. NATO isə hazırda bir ildə istehsal etdiyi sursatı Rusiya qədər sürətlə istehsal edə bilmir. Halbuki NATO iqtisadi güc baxımından Rusiyadan 25 dəfə böyükdür”, - deyib.

Rutte, Almaniya kansleri Friedrich Merzin Türkiyəyə “Eurofighter” qırıcılarının satışı ilə bağlı konstruktiv fikirlərini şərh edərək bildirib: “Bir müttəfiq digərinə silah satarkən, İttifaq daxilində heç bir məhdudiyyət olmamalıdır. Mən tərəfdar deyiləm ki, NATO daxilində belə satışlara hər hansı qadağa qoyulsun”, - deyə o əlavə edib ki, Almaniyanın yanaşması əvvəlki dövrlərlə müqayisədə daha müsbətdir.

PKK-nın özünü buraxması: "Çox vacib bir hadisədir"

PKK terror təşkilatının özünü buraxması və silahları təhvil verməsi ilə bağlı suala cavab verən Rutte bunu “çox önəmli bir hadisə” kimi dəyərləndirib: “Türkiyə, NATO daxilində terror hücumlarından ən çox əziyyət çəkən ölkələrdən biridir. Bunu unutmaq olmaz”, - deyə vurğulayıb.

Rutte bildirib ki, terrorizmə qarşı mübarizə NATO-nun əsas missiyalarından biridir: “NATO-nun əsas funksiyası bizi Rusiyadan qorumaqdır. Çinlə bağlı hərbi inkişafları da izləməliyik. Amma eyni zamanda terror təhlükəsini də ciddi qəbul etməliyik”, - deyə qeyd edib

Onun fikrincə, PKK-nın özünü buraxması həm Türkiyə, həm də NATO üçün əhəmiyyətlidir: “Mənim müşahidəm odur ki, Türkiyə bu hadisədən istifadə edərək NATO-nun bu bölgədəki təhlükəsizliyini daha da gücləndirmək niyyətindədir. NATO isə terrorizmlə mübarizədə üzərinə düşən hər cür dəstəyi verməyə hazırdır”, - deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 May 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri