Icma.az
close
up
RU
Mark Rutte: Ərdoğan, həqiqətən, görkəmli liderdir

Mark Rutte: Ərdoğan, həqiqətən, görkəmli liderdir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyansda mühüm rol oynadığını və Prezident Rəcəb Tayyib Ərdoğanın “həmkarları tərəfindən, həqiqətən hörmət edilən inanılmaz lider” olduğunu bildirib. Xəbəri “Anadolu” yayıb. 

NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında “Anadolu”ya danışan Rutte, Ukrayna ilə Rusiya arasında son həftələrdə aparılan danışıqlarda irəliləyişlərin olduğunu qeyd edərək, mayın 10-da Türkiyənin də iştirak etdiyi koalisiyanın Ukraynaya dəstək üçün keçirilən onlayn toplantısının əhəmiyyətini vurğulayıb.

O, həmçinin ABŞ prezidenti Donald Trampın tərəflər arasında “dalan”ın aradan qaldırılmasında töhfəsini qeyd edib və davamlı sülhün əldə olunmasına ümid etdiyini bildirib. İstanbulda mümkün danışıqlara gəlincə, Rutte bütün əsas iştirakçılarla sıx əlaqədə olduğunu və yaxın günlərdə Ukrayna məsələsində irəliləyiş üçün fürsət pəncərəsinin açılacağını bildirib.

“Türkiyə NATO daxilində bir çox sahələrdə böyük rol oynayır. Prezident Ərdoğan həqiqətən də görkəmli liderdir”, - deyən Rutte Ərdoğanla görüşünün çox məhsuldar keçdiyini qeyd edib. O, Türkiyə lideri ilə müdafiə sənayesi və Ukraynadakı vəziyyəti müzakirə etdiyini bildirib.

NATO-nun baş katibi Türkiyənin Avropa təhlükəsizliyində oynadığı rola da toxunub. Onun sözlərinə görə, Türkiyə, Norveç və Böyük Britaniya kimi ölkələr müdafiə məsələlərində Aİ ilə mümkün qədər sıx əməkdaşlıq etməlidir: Avropa əməkdaşlığı Aİ hüdudlarından kənara çıxmalıdır”.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri