Icma.az
close
up
RU
Rutte Rusiyanı NATO ölkələrinə birbaşa hücumlarda ittiham edib

Rutte Rusiyanı NATO ölkələrinə birbaşa hücumlarda ittiham edib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya uzun müddətdir NATO ölkələrinə qarşı gizli deyil, açıq müharibə aparır.

Bizimyol.info xəbər verir ki, baş katib Brüsseldə təhlükəsizlik ekspertləri qarşısında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

"Rutte vurğulayıb ki, mümkün hücumlara, məsələn, Avropada pilotsuz təyyarələrdən istifadəyə hazır olmaq üçün yanaşmanı dəyişmək və hərbi təfəkkürə keçmək lazımdır", - deyə "Bild" yazır.

ATƏT-in hesabatına görə, Ukraynada müharibə başlayandan bəri Rusiya NATO ərazisinə 150-yə yaxın hücum həyata keçirib. Bunlara dəmir yollarına, xəstəxanalara, GPS və su təchizatı sistemlərinə kiberhücumlar daxildir. Hesabatda həmçinin hərbi obyektlərə və sualtı infrastruktura xakerlik, təxribat və təhdidlərdən bəhs edilir.

Ruslar kritik infrastruktura hücumlara xüsusi diqqət yetirirlər. Məsələn, 2024-cü ildə Rumıniyada böyük xəstəxanalar və ABŞ-da apteklər haker hücumları nəticəsində iflic vəziyyətinə düşüb, Avropada GPS siqnallarının kütləvi nasazlığı qeydə alınıb. Rusiya həmçinin Baltik dənizində sualtı kabellərin təxribatında, rabitə və məlumat ötürülməsinə təsir göstərməkdə şübhəli bilinir.

Hesabatda kiberhücumlarla yanaşı, fiziki zorakılıq və sui-qəsd cəhdləri də qeyd olunur. İtaliyada müdafiə nazirinə sui-qəsd planının qarşısı alınıb, Almaniya və ABŞ-da isə müdafiə sənayesi ilə əlaqəli idarəetmə şirkətlərinə hücum planları aşkarlanıb.

Moskva həmçinin miqrasiya böhranından Aİ ölkələrinin sərhədlərini pozmaq üçün istifadə etməkdə, təbliğat aparmaqda və seçkilərə müdaxilədə ittiham olunur.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri