Reza Deqati: Bir foto bəzən yüzlərlə sözün ifadə edə bilmədiyini göstərir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Antalya, 4 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində dünyaşöhrətli fotoqraf Reza Deqatinin “Həqiqətin gözü” adlı təqdimatı keçirilib. Sənətkar foto sənətinin gücü, informasiya müharibəsində vizual materialların rolu və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının əhəmiyyətindən danışıb.
Reza Deqati AZƏRTAC-a açıqlamasında bildirib ki, o, 60 ilə yaxındır foto sənəti ilə məşğuldur və eləcə də BMT və UNESCO kimi beynəlxalq qurumlarla əməkdaşlıq edib.
Fotoqraf qeyd edib ki, onun fəaliyyəti təkcə fotoçəklişlərlə məhdudlaşmır. O, müharibə bölgələrində və sosial baxımdan çətin şəraitdə yaşayan gənclər və qadınlar üçün jurnalistika təlimləri və humanitar layihələr həyata keçirir. Bu proqramlar vasitəsilə gənclər öz hekayələrini öz dilləri ilə ifadə etməyi öyrənirlər.
Reza Deqati vurğulayıb: "İndi Azərbaycan informasiya müharibəsinin mərkəzindədir. Mən istəyirəm ki, bizim gənclər foto vasitəsilə Azərbaycanın həqiqətlərini dünyaya çatdırsınlar. İllərin təcrübəsi göstərir ki, bir foto bəzən yüzlərlə sözün ifadə edə bilmədiyini göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















