Rza Pəhləvi iranlıları üsyana səslədi “Ayağa qalxmaq vaxtıdır”
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi bildirib ki, İranda hakimiyyət dəyişikliyi üçün imkan yaranıb.
“Qafqazinfo” xəbər verir ki, devrilmiş İran şahının oğlu bu barədə “X” hesabında müraciət yayıb:
“İslam Respublikası sona çatdı və süqut etməkdədir. Bu kabusa əbədi olaraq son qoymaq üçün yalnız milli üsyan lazımdır. İndi ayağa qalxmaq, İranı qazanmaq vaxtıdır. İslam respublikasının süqutundan sonrakı proses sizi narahat etməsin. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək”.
Qeyd edək ki, onun atası, Pəhləvilər sülaləsinin sonuncu şahı Məhəmmədrza şah Pəhləvi, 1979-cu ildə İslam İnqilabı tərəfindən devrilməmişdən əvvəl İsraillə isti əlaqələrə qurmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 İyun 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















