Saakaşvili: “Gürcüstana Rusiya tipli Mərkəzi Asiya diktaturası gəlib”
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Geri çəkilməyə yer yoxdur, biz Vətənimizi praktiki olaraq itirmişik”
“Gürcüstanda “qırmızı xətlər” pozulub və ölkəyə Rusiya tipli Mərkəzi Asiya diktaturası gəlib”. AYNA gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezident Mixail Saakaşvili “Facebook” sosial şəbəkə hesabında yazıb.
“Seçkilərin pulunu ödəmiş diktator olan bu adam hər şeyə qadirdir. Siz hansı Avropadan danışırsınız?!” – deyə Saakaşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişvili haqqında danışarkən deyib.
Sabiq prezident müxalifət tərəfdarlarına müraciət edərək yazıb: “Geri çəkilməyə yer yoxdur, biz Vətənimizi praktiki olaraq itirmişik”.
Saakaşvili hesab edir ki, Vahid Milli Hərəkat Partiyasının doqquz illik hakimiyyəti “Gürcüstanın qızıl dövrü olub” və buna görə o və bütün ölkə “hələ də cəzalandırılır”.
“Birlik, hücum və yenidən hücum lazımdır... Biz birlikdə axını döndərəcəyik və yenidən azad və uğurlu ölkə olacağıq”, Saakaşviliyə çağırış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















