Saakaşvili özünü Odisseyə bənzətdi: Penelopa Gürcüstandır...
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz taleyini Kristofer Nolanın eyniadlı filmindəki Odisseyin hekayəsi ilə müqayisə edib, hakim Gürcü Arzusu partiyasını isə qədim yunan eposunun qəhrəmanının arvadı Penelopanın elçilərinə bənzədib.
Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
Saakaşvili bildirib ki, filmi həbsxanada izləyib və orada öz taleyi ilə bağlı dərin fəlsəfi məna görüb:
“Odissey 20 illik səyahətdən sonra geri qayıdır, başqa bir adamın kimliyinə girərək gizlicə ölkəsinə daxil olur və qayıdanda arvadı Penelopanın çoxdan onu məhv etməyə, var-dövlətini talamağa çalışan çoxsaylı elçiləri ilə qarşılaşır. Hamısı böyük qəzəblə Odisseyə hücum edirlər. Bu hekayədə Penelopa obrazı Gürcüstanı, onun elçiləri isə Gürcü Arzusu Partiyasının simasında ölkənin indiki hakimiyyətini simvolizə edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 03 Avqust 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















