Icma.az
close
up
RU
Saakaşvili Zelenskiyə məktub yazdı

Saakaşvili Zelenskiyə məktub yazdı

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət ünyavlayaraq, onu mülki hərbi əsirlər siyahısına daxil etməyi xahiş edib.

Gununsesi.info xəbər verir ki, Saakaşvili müraciətini Facebook səhifəsində dərc edib.

“Suallarımla sizi narahat etməməyə çalışıram, çünki onsuz da görüləsi çox işiniz var. Dəstəyinizə və Ukrayna Xarici İşlər Nazirliyindən, Ali Radadan, administrasiyanızdan və İnsan Hüquqları üzrə Komissardan hiss etdiyim daimi diqqətə görə minnətdaram. Amma indi əlaqə saxlamağa məcburam, çünki dünən ağır zəhərlənmə ilə müalicə olunduğum həbsxana xəstəxanasından yenidən həbsxanaya – məni zəhərləyən eyni zabitlərin yanına köçürüldüm. 2022-ci ilin mart ayında zəhərlənməm tammiqyaslı müharibənin başlamasından sonra baş verdi. Zəhərlənməm Amerika və Almaniya laboratoriyaları tərəfindən təsdiqləndi.

Putin lap əvvəldən məni qisas almaq üçün təqib edib, Medvedev və Lavrov isə dəfələrlə həbsimlə öyünüblər.

Mən əvvəlcə tamamilə uydurma ittihamla saxlanıldım, Gürcüstanın o vaxtkı baş naziri bu işin Ukraynadakı fəaliyyətimlə əlaqəli olduğunu açıq şəkildə bildirdi. Bu yaxınlarda mənə qarşı açılan yeni cinayət işində başqaları ilə birlikdə, düşmən xarici dövlətin xeyrinə təxribatda ittiham olunuram. İş materiallarında sizin ifadələriniz, eləcə də Mixail Podolyakın ifadələri var. Başqa sözlə, qanunsuz Gürcüstanın qeyri-legitim hökuməti Ukraynanı açıq şəkildə düşmən xarici dövlət elan edir. Və bu, təəccüblü deyil: bu böyük müharibənin başlanğıcından bəri rusiyalı oliqarxı İvanişvili və onun yaxınları açıq şəkildə Rusiyanın tərəfini tutublar.

Bu kontekstdə mənim təqibimin və taleyimin müharibə ilə əlaqəli olduğu tamamilə aydındır. Mən Ukrayna vətəndaşı kimi Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədriyəm və orada sizin rəhbərliyiniz altında xidmət etmək şərəfinə nail oldum. Sizdən xahiş etmək istərdim ki, 2019-cu ildə qanunsuz olaraq ləğv edilmiş vətəndaşlığımı bərpa etdiyiniz kimi – Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri və Gürcüstandakı Rusiyapərəst rejim tərəfindən qanunsuz olaraq saxlanılan Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədri kimi – məni müvafiq hüquqi nəticələrlə mülki hərbi əsirlər siyahısına daxil edin.

Bilirəm ki, ukraynalılar öz öz adamlarını tək buraxmırlar və sizə güvənirəm”, – Mixeil Saakaşvili yazıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri