Saatlarla arvadına işgəncə verdi Gəncədə ailə faciəsinin təfərrüatı FOTO
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.
Məlumata görə, Elxan Vaqif oğlu Abdiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Humay Gəray qızı Abdiyevaya gecə saat 00 radələrindən başlayaraq, səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyüb, başına, eləcə də bədəninin müxtəlif nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.
Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.
Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Cütlüyün Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.
Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 01 Mart 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















