Saatlıda AĞIR QƏZA: sürücünün 7 yaşlı bacısı öldü
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Saatlıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
23 yaşlı Məmmədov Rəhman Möhsüm oğlu idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol tərəfində yerləşən işıq dirəyinə, sonra isə həmin yerdəki “İstirahət parkı”nın ətrafına quraşdırılmış dəmir və beton materialdan olan hasara çırpılıb. Nəticədə sərnişinlər Məmmədova Könül Mirzağa qızı və sürücünün 7 yaşlı bacısı Məmmədova Bahar Möhsüm qızı xəstəxanaya yerləşdiriliblər. Lakin görülən tədbirlərə baxmayaraq, Bahar Məmmədova orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 08 Oktyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















