Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 sentyabr, AZƏRTAC
“Paşa Holding”in və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi, “ALL Medical” şirkətinin icraçılığı ilə həyata keçirilən Fərqindəlik Layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” aksiyası Saatlı rayonunda keçirilib.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirmənin artırılması və sakinləri vaxtında tibbi müayinələrdən keçməyə təşviq etməkdir.
Aksiya çərçivəsində 769 tibbi konsultasiya həyata keçirilib, sakinlərə 16 qlükometr və müvafiq test-striplər təqdim olunub.
Eyni zamanda, tibbi müayinələrin əhəmiyyəti barədə məlumat verilib və sağlamlıq vəziyyətinə vaxtında nəzarət etməyin vacibliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Sentyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















