Icma.az
close
up
RU
Saatlıda körpənin ölümünə görə şöbə müdiri CƏZALANDIRILDI

Saatlıda körpənin ölümünə görə şöbə müdiri CƏZALANDIRILDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Saatlı Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpənin ölümünə görə şöbə müdiri məsuliyyətə cəlb edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə 2023-cü ilin iyul ayında baş verib.

İstintaq materialları və məhkəmə-tibbi ekspertiza rəyləri doğumu həyata keçirlən həkimin zəruri tibbi protokollara əməl etmədiyini və səhlənkarlığa yol verdiyini sübut edib.

Məlumata görə, 2003-cü il təvəllüdlü ana xəstəxanaya qəbul edilərkən qan analizi, kardiotokoqrafiya, ultrasəs müayinəsi və digər vacib prosedurlar aparılmayıb.

Hamilənin qan azlığından (anemiya) əziyyət çəkdiyi sonradan üzə çıxsa da, bu fakt klinik diaqnozda öz əksini tapmayıb. Doğuş zamanı dölün ürək döyüntüləri və vəziyyəti nəzarətdə saxlanılmayıb, hipoksiya əlamətləri qiymətləndirilməyib.

Ekspertiza rəylərinə əsasən, belə şəraitdə təcili “Qeysəriyyə kəsiyi” əməliyyatına ehtiyac ola bilərdi. Lakin həkimlər bunu nəzərə almayaraq ananı birbaşa fizioloji doğuşa buraxıblar. Körpə doğulduqdan sonra oksigen çatışmazlığından - hipoksiya və asfiksiyadan əziyyət çəkib. Onun həyatını xilas etmək üçün lazımi reanimasiya tədbirləri vaxtında və tam aparılmayıb.

Yenidoğulmuş daha sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilsə də, burada da müalicə adekvat olmayıb. Təxliyyə qaydalarının pozulduğu, yalnız tibb bacısının müşayiəti ilə aparıldığı, müvafiq sənədlərin tərtib edilmədiyi müəyyən edilib. Sabirabad xəstəxanasında neonatoloqların və kardioloqun müayinələri də protokollara uyğun aparılmayıb, diaqnoz düzgün əsaslandırılmayıb.

Ekspertiza nəticələrinə görə, yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda yaranmış kəskin ağciyər-ürək çatışmazlığı olub. Mütəxəssislər bildiriblər ki, vaxtında və düzgün tibbi tədbirlər görülsəydi, körpənin həyatını xilas etmək mümkün olardı.

Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyinin “Normal doğuş”, “Qeysəriyyə kəsiyi” və “Neonatal xidmət”lə bağlı təlimatlarının tələbləri pozulub. Tibbi xidmətin qeyri-adekvat təşkili səbəbindən həm ana, həm də körpə üçün həyati risklər yaranıb.

Məhkəmə qərarında həkim mama-ginekoloq əsas məsul şəxs kimi göstərilib. Qərara əsasən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləmiş həkim 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron qolbaq taxılıb.

Həmçinin, əlavə olaraq 1 il müddətinə dövlət və özəl tibb müəssisələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq kimi fəaliyyət göstərmək hüququndan məhrum edilib. Məhkəmə həmçinin zərərçəkmiş ailənin 5000 manatlıq mülki iddiasını təmin etməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri