Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanmasının son tarixi açıqlanıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Eyni zamanda cari ilin 1 iyul tarixinə qədər əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi gözlənilir.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 Fevral 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















