Sabah Bakıda yaz havası olacaq 14.02.2026
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Azərbaycanda fevralın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, paytaxt Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, vaxtaşırı tutulacağı və əsasən yağıntısız keçəcəyi proqnozlaşdırılır.
Mülayim cənub-qərb küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək və arabir güclənəcək. Havanın hərarəti gecə saatlarında 4-9° isti, gündüz isə 15-20° isti təşkil edəcək. Atmosfer təzyiqi 753 mm civə sütunundan 750 mm civə sütununa qədər enəcək.
Nisbi rütubətin 55-65% arasında olacağı gözlənilir. Azərbaycanın bölgələrində də havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Buna baxmayaraq, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir yağıntı olacağı, qar yağacağı istisna edilmir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi ərazilərdə arabir şiddətlənəcək. Temperatur göstəriciləri gecə 0-5° isti, gündüz 13-18° isti, dağlıq ərazilərdə isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
Baxış sayı:69
Bu xəbər 13 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















