Sabah bəzi rayonlarda qaz təchizatında müvəqqəti fasilə olacaq KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabah bəzi rayonlarda qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bu barədə KONKRET.az–a “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, Balakən rayonu ərazisində qaz xətlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və “Tərtər” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə dekabrın 11-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının dayandırıldığı müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayakovski, M.Nağıyev və Y.Nəsirov küçələrində, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin yeni yaşayış sahəsində və Xırdalan şəhərindəki AAF Park Yaşayış Kompleksində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Regionlar üzrə Balakən rayonunun (Balakən şəhəri, 1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsində də qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Dekabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















