Icma.az
close
up
RU
“Sabah” Danimarkada, “Qarabağ” Polşada...

“Sabah” Danimarkada, “Qarabağ” Polşada...

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər iki komandamız üçün növbəti sınaq saatı çatmışdır. Çempionlar Liqası turnirində pərəstişkarlarını ilk iki təsnifat mərhələsində ardıcıl 4 qələbə ilə sevindirən Azərbaycan çempionu “Sabah” 3-cü mərhələyə bu gün Danimarkanın Randers şəhərində yerli “Orxus”a qarşı görüşlə başlayıb, zəfər yürüşünü davam etdirməyə çalışacaq, “Qarabağ” isə sabah Polşanın Lüblin şəhərində hələ keçmiş SSRİ çempionatlarında Bakıda və Kiyevdə dəfələrlə “Neftçi” ilə qarşılaşmış çox məşhur Kiyev “Dinamo”sunun indiki nəsli ilə Konfrans Liqası turnirində üz-üzə gələcək.

Randersdə oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. UEFA bu görüşün hakimliyini Sloveniya Futbol Federasiyasının nümayəndələrinə həvalə edib. Baş hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

Beynəlxalq futbol dairələrində yayılan məlumata görə, Danimarkada matça maraq çox böyükdür, bütün biletlər tez bir vaxtda satılıb. Bunun səbəbi sadədir. “Orxus” 2-ci təsnifat mərhələsində əsl futbol qəhrəmanlığı göstərib. Evdə Polşanın “Lex” klubu ilə ilk görüşdə ağır məğlubiyyətdən (1:4) bir həftə sonra özgə meydanında həmin hesabla qalib gəlmək, sonra da penaltilər seriyasında daha dəqiq zərbələrlə cütün taleyini öz xeyrinə həll etmək hər komandanın işi deyil. Belə vəziyyətlərdə yeganə düzgün çıxış yolunu yalnız öz qüvvəsinə inam hissini heç vaxt itirməyən, böyük əzmkarlığı və möhkəm iradəsi ilə fərqlənən mübariz kollektivlər tapa bilir.

“Sabah”ın da səfərə əla əhvali-ruhiyyə ilə yola düşdüyünü nəzərə alsaq, qarşıdakı oyun ölkəmizdə də səbirsizliklə gözlənilir. Təmsilçimiz artıq start mərhələlərində yüzfaizli nəticə ilə ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni özünə təmin etmişdir. Axşam həyəcanla izləyəcəyimiz görüşün nəticəsindən asılı olmayaraq, indiki avrokuboklar mövsümündə onu irəlidə uzun bir yol gözləyir.

Qitə klub futbolunun ən nüfuzlu yarışının ilk iki təsnifat mərhələsində maksimum miqdarda qələbə ilə keçilən məsafə belə ağır sınaqlarda ilk dəfə bərkdən-boşdan çıxan komandanın ciddi hazırlığından, yüksək məsuliyyət hissindən və iddialarından xəbər verir.

Azərbaycan və Danimarka klublarının cavab görüşü avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. Cütün qalibi və pley-off mərhələsinin qapısını “Sabah”ın və ya “Orxus”un açacağı da portuqaliyalı hakimlərə tapşırılmış məhz Masazır qarşılaşmasından sonra məlum olacaq.

Siyasi məsələlərlə əlaqədar ev oyunlarını Polşanın Lüblin şəhərində keçirmək məcburiyyətində qalan Kiyev “Dinamo”sunun qonağı olacaq “Qarabağ” isə, “Sabah”dan fərqli, bu dəfə avrokuboklar meydanında bir qədər kiçik roldadır. Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiyanın ÇSKA klubuna iki görüşün ümumi yekununda penaltilər seriyası ilə məğlub olan komandamız indi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq məsələsini uğurla həll etməlidir. Bunun üçün əvvəlcə sabah axşam Bakı vaxtı ilə saat 21-də “Lüblin Arena”da danimarkalı hakimlərin iş başında olacağı görüşdən sərfəli nəticə ilə ayrılmaq, bir həftə sonra, avqustun 13-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda “Dinamo”nu məyus etmək lazımdır.

Mövsümlərarası dövrdə heyətində baş vermiş ciddi dəyişikliklər səbəbindən adət etdiyi, bizim də ötən il sevə-sevə izlədiyimiz, böyük zövq aldığımız mükəmməl oyun üslubunu yenidən quran “Qarabağ”ın tezliklə mübariz idman formasını bərpa edəcəyinə, Ukrayna paytaxtı klubuna qarşı hər iki görüşdə məzmunlu və məhsuldar oyununun şahidi olacağımıza və komandaya ən yaxşı illərindəkindən də çox inanmaqda davam edək.

Hələlik isə nəzərlərimizi bu axşam Danimarkaya yönəldək. Orada indiki Çempionlar Liqasının start mərhələlərinin azərbaycanlı qəhrəmanı “Sabah”la evdəki ağır məğlubiyyətin əvəzini rəqib meydanında inamla çıxmağı bacarmış “Orxus” bir-birini çox ciddi sınağa çəkəcəklər.

Qeydlərimizi ötən həftə Azərbaycanın futbol ictimaiyyətinin rəğbətlə qarşıladığı iki xəbəri xatırlamaqla davam etdirək. “Neftçi”nin istedadlı yetirməsi Murad Məmmədovun artıq sıralarında yer alıb, avrokuboklar meydanında göründüyü Kiprin “Pafos” komandası Avroliqanın 2-ci təsnifat mərhələsində iki oyunun yekununda Xorvatiyanın “Hayduk” (Split) klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə “bilet” sevinci yaşayıb.

Milli komandamızın hücumçusu Mahir Emrelini öz heyətinə cəlb etmiş Polşa təmsilçisi “Rakuv” isə Konfrans Liqasında sevinib. Bu komanda da indi Mahirlə birlikdə növbəti görüşlərə hazırlaşır.

Beləliklə, bu axşam oyundan sonra kimin üzü güləcək: ilk iki təsnifat mərhələsinin hər birini iki qələbə ilə keçməklə tarix yazmış “Sabah” Azərbaycanın, yoxsa 2-ci mərhələnin 1-ci raundundan sonra əleyhinə olmuş bütün ehtimalları alt-üst etmiş “Orxus” Danimarkanın?

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri