“Sabah” FK nın 12 milyona stadion aldığı bildirilir
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Son Azərbaycan çempionu “Sabah” futbol klubu Masazırdan köçəcək.
İdman.Biz xitab24.az-a istinadən xəbər verir ki, “bayquşlar” “Liv Bona Dea Arena”nı AFFA-dan satın alıb.
Bunun üçün “Sabah” rəhbərliyi 12 milyon manat ödəyib.
Son çempion sözügedən stadionda əvvəlcə təmir işləri aparacaq, daha sonra sonra ev oyunları məhz bu arenada keçirəcək.
Klubdan isə bildirilib ki, hazırda komanda “Bank Respublika Arena”nın xidmətindən istifadə edir və gələcəkdə hər hansı yenilik olarsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Sabah” əvvəllər “Əlincə Arena”, daha sonra isə “Bank Respublika Arena” adlanan Masazırdakı stadiondan icarə əsasında istifadə edirdi.
Onu da əlavə edək ki, əvvəlki adı “Dalğa Arena” olan “Liv Bona Dea Arena”nın açılışı 2011-ci ildə baş tutub. Açılış mərasimində həmin vaxt FIFA -nın prezidenti olan Yozef Blatter və UEFA-nın ozamankı prezidenti Mişel Platini də iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















