Sabah güclü komandadır Slaviya nın müdafiəçisi
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Slaviya"nın futbolçusu Tomaş Vlçek UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Sabah"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 25 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Çempionlar Liqasında sonuncu dəfə 17 il əvvəl qalib gəlmisiz..
- Təzyiqlər bizə mane olmur. “Lans”la ÇL matçından sonra yaxşı nəticələr göstərdik. Düşünürəm ki, o oyunda baş verənlər bizə müsbət təsir göstərdi. Komandamız Çempionlar Liqasında qalib gəlməyə layiqdir.
- Oyundan əvvəl komanda yoldaşlarınız çox iddialı danışıb. Düşünmürsüz ki, bu amil rəqibə daha çox motivasiya verər və sizə mənfi təsir göstərər?
- Uzun müddətdir ki, Çempionlar Liqasında qalib gəlmirik. Bu, bizi motivasiya edir. Buradan qələbə ilə qayıtmaq istəyirik.
- Bir çox azarkeş və bukbemerlərin təhlilinə görə favorit sizsiniz. Bu haqda nə düşünürsüz?
- “Sabah” çox güclü rəqibdir. Təsnifat mərhələlərində gözəl oynadılar. Rəqibimiz çox səviyyəli komanda hesab olunur. Hamı kimi mən də düşünürəm ki, çox gözəl futbol sərgiləyirlər. Təbii ki, rəqib güclü komandadır. Lakin var gücümüzlə oyuna hazırlaşmışıq.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Oktyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















