Icma.az
close
up
RU
Slaviya nın baş məşqçisi: Sabah Barselona ya bənzəyən bir komandadır

Slaviya nın baş məşqçisi: Sabah Barselona ya bənzəyən bir komandadır

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Slaviya” (Praqa, Çexiya) UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda sabah Bakıda "Sabah”ın qonağı olacaq.

Rəqib komandanın baş məşqçisi Yindrix Trpişovski matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Meydana çıxacaq heyət barədə nə deyə bilərsiniz, zədəli futbolçuların vəziyyəti necədir?

– Bəzi oyunçularımızın müəyyən fiziki çətinlikləri və zədələri var idi. Artıq sabaha hansı futbolçuların kömək edə bilməyəcəyini dəqiq bilirik. Lakin geniş heyətə malik olduğumuz üçün məmnunam. Şans verəcəyimiz digər futbolçularla mövqedəki çatışmazlıqları aradan qaldırmışıq.

– Meydan sahibi haqqında təəssüratlarınız nədir?

– "Sabah” oynadığı futbol üslubuna görə "Barselona”ya bənzəyən bir komandadır. Meydanda klassik 4-3-3 sxemindən istifadə edirlər və daha çox hücumameyilli oyuna üstünlük verirlər. Topa davamlı nəzarət etməyə çalışan, fərdi keyfiyyətləri yüksək futbolçulardan qurulmuş kollektivdir. Hətta "Mançester Yunayted”lə matçda da çoxlu qol imkanları olmuşdu və həmin qarşılaşmada da daha yaxşı nəticə qazana bilərdilər. "Sabah” ardıcıl hücumlar təşkil edən komandadır. Sabahkı matçda hansı tərəfin forvardları öz şanslarını daha dəqiq dəyərləndirəcəksə, həlledici amil də elə bu olacaq.

– Vaxtilə "Slovan”ın (Bratislava) baş məşqçisi kimi Avropa Liqasında "Qarabağ”a qarşı mübarizə aparmışdınız. Geridə qalan illər ərzində həm öz karyeranızda, həm də Azərbaycan futbolunda nələrin dəyişdiyini düşünürsünüz?

– Bəli, Bakıya ikinci dəfədir gəlirəm. Təxminən 10 il əvvəl bura gəlmişdim. Düşünürəm ki, sabahkı matç da ab-hava baxımından həmin oyuna uyğun və maraqlı keçəcək. Şəhərdə çox böyük inkişaf və dəyişikliklər var. Həmin illər ərzində mənim karyeramda da mühüm dönüşlər oldu, "Slaviya”nın baş məşqçisi postuna gətirildim və böyük uğurlar qazandıq.

– Bukmekerlər və jurnalistlər bu matçda "Slaviya”nı aşkar favorit görürlər. Bu barədə fikirləriniz nədir?

– Bir neçə il əvvəl Balkan klublarına qarşı oynayanda da oxşar vəziyyət idi. Adları çox tanınmasa da, çox keyfiyyətli futbol oynayırdılar. "Sabah”la oyun bizə böyük təcrübə qazandıracaq. Tərəfdarlarımızın bizə inandığını bilirik və onları məyus etməməyə çalışacağıq.

///operativmedia///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Oktyabr 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri