Icma.az
close
up
RU
Sabah ın idman direktoru: Təəssüf ki, alınmadı

Sabah ın idman direktoru: Təəssüf ki, alınmadı

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" komandası Bolqarıstan təmsilçisi "Levski"yə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində uduzduqdan sonra toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Bakı klubunun idman direktoru İqor Ponomaryov açıqlama verib.

O, "bayquşlar"ın cari mövsüm avrokuboklardakı çıxışını dəyərləndirib: "Komandanın cari avrokubok mövsümünə baxsaq, müsbət və mənfi çalarları görə bilərik. İlk oyunda ötən mövsümdə Konfrans Liqasının 1/4 finalında oynamış “Sele” ilə qarşılaşdıq. Evdə son dəqiqə qolu ilə 2:3 uduzsaq da, səfərdə eyni hesabla qalib gəldik. Oyun əlavə vaxta getdi. Rəqib yalnız əlavə vaxtda vurulan qolla mərhələni keçdi. Lakin bu iki oyunda təcrübəli və keyfiyyətli rəqiblə başabaş mübarizə apardıq. Komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” kollektivi ilə matçlarda çox inamlı təsir bağışladı. Bəlkə də bəzilərində “Petrokub” zəif rəqib təəssüratı yarada bilər, amma nəzərə alaq ki, bu komanda da ötən mövsüm Konfrans Liqasının liqa mərhələsində iştirak etmişdi. İlk oyun da rəqibin gücünü göstərdi. Lakin komanda xarakter nümayiş etdirərək, səfər oyunundan vacib qələbə ilə qayıtmağı bacardı. Ev matçında isə böyükhesablı qələbə qazandıq".

Funksioner ötən gün "Levski"yə uduzduqları qarşılaşmalara da toxunub: "Bu cütdə ilk oyunu çox yaxşı keçirdik. Rəqib yalnız son saniyələrdə vurulan qolla qalib gəldi. Azərbaycandakı oyunda isə ilk növbədə stadionda olan möhtəşəm atmosferi qeyd etməliyəm. Buna görə azarkeşlərə təşəkkür düşür. Təəssüf ki, onları qələbə və növbəti mərhələyə vəsiqə ilə sevindirə bilmədik. Oyuna gəldikdə isə, deməzdim ki, rəqibdən geri qaldıq. Hər iki komandanın imkanları oldu, lakin onlar bu fürsətdən daha yaxşı yararlandılar. Rəqib etibarlı müdafiə xətti ilə seçilən komanda idi. Avrokuboklarda cari mövsümdə keçirdikləri oyunlar da bunu göstərir. 6 matça cəmi 2 qol buraxıblar ki, bu qollar da əlavə vaxta təsadüf edib. Yəni rəqib cari avrokubok mövsümündə 90 dəqiqə ərzində heç bir qarşılaşmada qol buraxmayıb. Üstəlik, Bolqarıstan çempionatına da yaxşı başlayıblar – 4 oyun, 4 qələbə. Əlbəttə, bütün bunlara rəğmən, mərhələ keçə bilərdik. İmkanlarımız da oldu. Lakin təəssüf ki, alınmadı. Artıq bu görüşlər geridə qalıb. İndi komanda toparlanmalı və növbəti oyunlarda özünü inkişaf etdirməlidir".

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə uduzaraq (0:1, 0:2) mübarizəni dayandırıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see167

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see166

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see161

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri