Sabah istənilən rəqiblə mübarizə aparmağa qadirdir
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir.
Sportal.az xəbər verir ki, bunu "report"a açıqlamasında paytaxt təmsilçisinin idman direktoru, Olimpiya çempionu İqor Ponomaryov deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"la (Finlandiya) matçı dəyərləndirib:
"Komandamız çox yaxşı oyun göstərdi. Hiss olunurdu ki, rəqib oyuna çox yaxşı hazırlaşıb. İlk hissədə "KuPS" həqiqətən yaxşı çıxış etdi.
Kənardan baxanda görünürdü ki, xüsusilə ilk hissədə futbolçularımıza süni örtüklü meydan müəyyən çətinlik yaradır".
O, ilk qoldan sonra durumun dəyişdiyini söyləyib:
Komanda özünü daha rahat hiss etməyə başladı. Bunun nəticəsi olaraq sürətli əks-hücum zamanı daha bir qol vurduq.
Oyuna gəlib komandamızı tribunadan dəstəkləyən bütün azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, stadionda olmasalar da, bizi izləyən və komandamıza azarkeşlik edən hər kəsə minnətdaram.
İndi isə diqqətimizi növbəti oyuna yönəltməli və unutmamalıyıq ki, biz istənilən rəqiblə mübarizə aparmağa qadirik".
"Sabah" Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasını iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 01 Avqust 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















