Icma.az
close
up
RU
Sabah klub tarixində ilkə imza ata bilər ŞƏRH

Sabah klub tarixində ilkə imza ata bilər ŞƏRH

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün "Sabah" - "Levski" qarşılaşması baş tutacaq. Bolqarıstanda keçirilmiş ilk qarşılaşmada "Levski" 1:0 hesabı ilə qalib gəlib. Bəs bu gün “Sabah” öz evində rəqibiməğlub edə biləcək?

Futbol eksperti Ceyhun Rzayev Metbuat.az-a açıqlamasında axşamkı oyuna nikbin yanaşdığını söyləyib.

O qeyd edib ki, “Sabah” Bolqarıstanda ilk hissəni çox yaxşı oynadı:

“İkinci hissənin son 20 dəqiqəsində, yəni 70-ci dəqiqədən sonra rəqibin güclü təzyiqi nəticəsində arxaya oturmuşdu, “Sabah” müdafiəyə məcbur çəkilmişdi. Rəqibin təzyiqində bolqar azarkeşlərin də çox böyük rolu oldu. Yəni, Bolqarıstanda biz televiziyadan belə stadiondakı möhtəşəm atmosferi duya bilirdik. Bu gün Masazırda stadionun dolacağına əminəm. 8 min azarkeş də 8 min ürək bir olub, yumruq kimi birləşməli, komandanı dəstəkləməlidir. Təəssüf ki, bizdə insanlar stadiona azarkeşlik etməyə yox, tamaşa eləməyə gəlirlər. Sadəcə otururlar, müəyyən epizodlarda komandanı dəstəkləyirlər. Halbuki, 90 dəqiqə komandanı dəstəkləmək və rəqib üzərində təzyiq yaratmaq lazımdır”.

Ekspertin sözlərinə görə, komandamızın səfərdə buraxdığı qol çox şanssız oldu:

“Əlavə edilmiş səkkizinci dəqiqənin son üç saniyəsində Bolqarıstanda qol buraxdılar. “Sabah” bir topun əvəzini çıxarıb qalib gələ bilər. Bunun üçün meydanda mübarizə aparmaq, yaxşı təşkilatlanmış oyun ortaya qoymaq lazımdır. Oyuna nikbin yanaşıram. İnşallah, “Sabah” “Levksi”ni keçib tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə yüksələr”.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see269

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see219

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see212

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see209

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see207

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see207

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see207

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see205

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see202

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see198

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see198

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see197

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see197

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see196

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see188

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see188

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see187

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see185

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see181

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri