Sabah la Səbail in futbolçuları diskvalifikasiya edildilər
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA Əvəzedicilər Liqada çıxış edən iki klubun futbolçusunu diskvalifikasiya edib.
Fanat.Az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
XXXI turun “Sabah-2” - “Səbail-2” matçı bitdikdən sonra meydan sahibi komandanın futbolçusu Əli Abbasov rəqibin ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Səbail-2”nin futbolçusu Bəhram Köçərli isə hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçusunun hərəkətinə görə “Səbail-2” 300 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Həmçinin “Sabah-2” Əsasnamənin tələbini pozduğuna görə daha 50 manat cərimələnib.
Baxış sayı:95
Bu xəbər 23 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















