Sabah Moldova millisinin qapıçısını istəyir
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Sabah” Moldova millisinin qapıçısı Andrey Kojuxara elçi düşüb.
İdman.biz xəbər verir ki, bu iddia ilə Ukrayna mətbuatı çıxış edib.
Bildirilib ki, Bakı təmsilçisi yerli “Veres”in qapıçısının xidmətində maraqlıdır. 26 yaşlı futbolçu Belçikanın “Dender” klubunun transfer siyahısında yer alsa da, “Sabah” xeyrinə seçim edəcəyi gözlənilir.
Ukrayna “Veres”i qapıçısı üçün ən azı 500 min avro gəlir əldə etmək niyyətindədir. Ötən mövsüm qapıçı UPL-də klubunun heyətində 27, Ukrayna kubokunda isə iki oyun keçirib.
Qeyd edək ki, Kojuxarın "Veres"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, daha öncə "Çernomorets" (Ukrayna), "Valmiera" (Latviya), "Mixalovçe" (Slovakiya) və "Karpatı" (Ukrayna) klublarının da formasını geyinib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















