Icma.az
close
up
RU
“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, növbəti mövsümdən premyer-liqada legioner limiti ləğv olunacaq. Yəni komandalar meydana 11 əcnəbi futbolçuyla çıxmaq hüququ qazanacaq.

Bu qərarın yerli futbolçuların karyerasına nə dərəcədə müsbət və ya mənfi təsir edəcəyini zaman göstərəcək. Amma bəlli olan məsələ belə sistemin böyük büdcəyə malik klubların işinə daha çox yarayacağıdı. Təbii ki, söhbət maliyyədən gedirsə, ağla gələn ilk üç klub “Qarabağ”, “Sabah” və “Neftçi”di. “Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov artıq yay “transfer pəncərəsi”ndə heyətdə ciddi dəyişikliklərin olacağının mesajını verib. “Ağ-qaralar”la bağlı mövzu da ortadadı. Paytaxt təmsilçisinin yayda heyətdə bağlı böyük addımlar atacağı hələ legioner limiti ləğv edilmədən bəlli idi. Hər halda, “Qarabağ”la “Neftçi” hələ bu yöndə ilkaddımları belə atmayıb. Əksinə, həm Qurban Qurbanov, həm də Samir Abasov tez-tez tənqid hədəfinə çevrilsə də, yerli futbolçulara şans verməyə davam edir. Bu yöndə ən ciddi problem “Sabah”ın tələskənliyidi.
Redaksiyamıza daxil olan məlumata görə, Masazır təmsilçisi növbəti mövsüm çempionluq uğrunda mübarizə aparacaq. Klub rəhbərliyi bu məqsədlə xeyli legioner transfer etməyi planlaşdırır. İndidən yeni futbolçular üçün yer hazırlanır. Daha doğrusu, yerli oyunçular heyətdən uzaqlaşdırılır. “Bayquşlar” əvvəlcə Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovu transfer edərək iki perspektivli qapıçının – Yusif İmanovla Nicat Mehbalıyevin “qələmini qırdı”. Ardınca uzun illər kapitan sarğısını daşıyan, zəngin təcrübəyə malik Elvin Camalov “Neftçi”yə keçdi. Bu yaxınlarda isə iki yerli oyunçu Abdulla Rzayev və Şakir Seyidov əvəzedici heyətə göndərildi və yenidən premyer-liqada görünmək ehtimalları sıfra bərabərdi.
“Sabah”ın hələ ki “sağ saxladığı” həmyerlilərimiz də var. Məsələn, Rəhman Daşdəmirov, Amin Seydiyev, Anatoli Nuriyev, Tellur Mütəllimov, Ayaz Quliyev, Abdulax Xaybulayev əsas komandada rahatlıqla forma geyə bilir. Lakin kollektivin mövsüm ərzində imza atdığı uğursuz nəticələr onların da qalanlarının aqibətini yaşayacağını göstərir. Qısası, “bayquşlar” hələ yerli futbolçuların “qətliam”ına davam edəcək.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:402
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri