Icma.az
close
up
RU
“Sabah” niyə favoritdi? YAZI

“Sabah” niyə favoritdi? YAZI

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün, saat 20.00-da ölkə kubokunun yarımfinal qarşılaşmasında “Sabah” “Neftçi”ni qəbul edəcək. İlk oyun “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Bank Respublika Arena”da keçiriləcək oyunda kim sevinəcək? Mövsümdə heç-heçə “rekordu qıran” “Sabah”, yoxsa iki top üstün olduğu oyunu əldən verən “Neftçi”? Vəziyyətə nəzər salanda Masazır təmsilçisinin turu keçəcəyi daha inandırıcı görünür. Buna inanmağa vadar edən 5 səbəb:
1. İlk oyundakı qələbə
“Sabah” qələbə qazanmaqla yanaşı, daha yaxşı oyun göstərdi. Hətta bir aşkar penalti də verilmədi ki, bu qərara görə oyunun baş hakimi Əliyar Ağayev çempionatda ikioyunluq cəzalandırıldı.
2. Futbolçu keyfiyyəti
“Neftçi”nin nə Şafranko kimi bitiricisi, nə də Sekidika, Mikels kimi oyunu üzərinə götürə, onun taleyini həll edə biləcək yaradıcı futbolçusu var.
3. “Doğma divarlar” amili
Paytaxtın iki təmsilçisinin duelində bu amili qabartmaq bəlkə də yersizdi. Ancaq məhz bu stadionda “Sabah” azarkeşlərinin ağ və qara rənglərə könül verənlərlə müqayisədə dəfələrlə artıq olacağı heç kimdə şübhə doğurmur. Bəzi anlarda isə məhz azarkeş amili önə çıxır.
4. Statistika
Bu komandalar arasında keçirilən son 12 oyunda “ağ-qaralar”ın yalnız bir qələbəsi var. O qələbənin də üzərindən artıq iki il keçib.
5. Baş məşqçi
Əlbəttə, Vasili Berezutski Samir Abasovdan təcrübəli deyil. Sadəcə, “Sabah”ın düşərgəsində hər kəs bu oyunun rusiyalı mütəxəssis üçün sonuncu ola biləcəyi anlayır. Samir bəyi isə istefa təhlükəsi gözləmir. Dediyinə görə, “Neftçi” rəhbərliyi onu komandaya uzunmüddətli planlar üçün gətirib.
Bir sözlə, bütün oxlar “Sabah”ı finala aparır. “Neftçi”nin belə oyun, belə heyət ilə finala çıxması möcüzə kimi görünür. Yeri gəlmişkən, "Neftçi"nin futbolçuları Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən bu görüşü buraxacaqlar.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri